Rusiyada ən aşağı maaşı Şimali Qafqaz regionlarındakı müəllimlər alır.

Məlumatlar Rusiyadakı orta göstəricidən xeyli aşağıdır.

Ən yüksək maaş Çukotkadakı müəllimlər alır - 147 mindən artıq.

Rosstat Rusiyadakı məktəb müəllimlərinin maaşları ilə bağlı məlumatları dərc edib və müəyyən edib ki, Şimali Qafqaz Federal Dairəsinin bölgələrindəki müəllimlər ən az maaş alırlar.

2024-cü ilin birinci rübündə müəllimlərin ən aşağı orta qazancı İnquşetiyada olub - 26,4 min rubl (təqribən 500 manat). Anti-liderlərin ilk üçlüyünə, həmçinin Qaraçay-Çərkəz Respublikası (29,9 min) və Çeçenistan (31,1 min) daxil olub.

Şimali Osetiya və Dağıstanda müəllimlərin maaşları ilə bağlı vəziyyət bir qədər yaxşı olub. Orada təhsil müəssisələrinin müəllimləri müvafiq olaraq 31,9 və 32,5 min rubl alırlar. Şimali Qafqazda bu göstərici üzrə liderlər Kabardin-Balkar və Stavropol diyarıdır, burada müəllimlərin maaşı 35,8 və 38,5 mindir.

Qeyd edilir ki, təqdim olunan statistik məlumatlar bütün Rusiya üzrə orta səviyyədən xeyli aşağı olub ki, bu da 58,1 min rubl təşkil edir.

Əlavə etmək lazımdır ki, ən çox maaş alan müəllimlər Çukotkada (147 mindən çox) təqribən 2787 manat, Maqadan bölgəsində (demək olar ki, 134 min) və Yamaldadır (133 min).

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN