Dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir.

TEZADLAR.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktiki konfransda deyib.

O bildirib ki, valideynlər daim övladlarının dini təhsil səviyyəsinə nəzarət etməlidir.

“Çünki sinif otağında qapı bağlıdır və müəllim öz fənnini tədris edir. Amma biz bilmirik, din adı altında uşaqlara nə aşılanır".

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktiki konfrans keçirilir.

Elmi-praktiki konfrans ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həlli ilə bağlı təkliflərin müzakirəsi məqsədilə təşkil olunur.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyindəki qurumların rəhbərliyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Milli Məclisin deputatları, eləcə də, dini icma sədrləri iştirak edirlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN