“Technip Energies” şirkətinin İdarə Heyətinin sədri və Biznes üzrə Baş Direktoru Marco Villanın başçılıq etdiyi nümayəndə heyəti ilə BANM -da görüşdük.

TEZADLAR.AZ xəbər veriri ki, bunu Bakı Ali Neft Məktəbinin  (BANM) rektoru Elmar Qasımov social media hesabında açıqlayıb.

 Rektorun sözlərinə görə, Bakı Ali Neft Məktəbinin uğurlarını yüksək qiymətləndirən Marco Villa qeyd edib ki,hazırda Bakı Ali Neft Məktəbinin 14 məzunu “Technip Energies” şirkətində çalışır.

Elmar Qasımov vurğulayıb ki, bu, BANM-nin keyfiyyətli təhsil verməsinin bir göstəricisidir.

elmar-q-italiya-1

Sonra proqramın 5 ilinin yekunları ilə bağlı çıxışlar və təqdimatlar olub.

Xatırladaq ki, 2019-cu ildən Heydər Əliyev Fondu və İtaliya Respublikasının “Technip Energies” şirkəti arasında bağlanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı” layihəsi həyata keçirilməkdədir. Bu proqramı uğurla bitirən tələbələrə şirkət tərəfindən sertifikat təqdim edilərək iş imkanı fürsətləri yaradılır. 5 il ərzində Bakı Ali Neft Məktəbinin 192 tələbəsi sözügedən proqramda iştirak edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN