SOCAR prezidenti Rövşən Nəcəf Bakı Ali Neft Məktəbinin (BANM) 33 Prezident təqaüdçüsü və “TEKNOFEST-2024”ün qalibləri ilə səhər yeməyində görüşdü.
TEZADLAR.AZ xəbər verir ki, bunu BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
O diqqətə çatdırıb ki, görüşdə SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva və SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün xanım Hüseynova iştirak edirdilər.
"Görüş çox səmimi mühitdə keçdi. Rövşən müəllimə Azərbaycanın belə savadlı, bilikli və bacarıqlı gənclərinə göstərdiyi diqqət və qayğısına görə dərin minnətdarlığımı bildirirəm", - o qeyd edib.
Rektor, "eyni zamanda görüşümüzü təşkil edən, tələbələrimizin sevimli dostu SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayevaya da minnətdarlığımızı bildirirəm. Biz SOCAR ailəsinin üzvləri olduğumuz üçün qürur duyuruq" , - deyə vurğulayıb.
JASMİN