Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən 162 nömrəli tam orta məktəbin bir sıra siniflərində tədrisin distant formada davam etdirilməsi qərara alınıb.

Bu barədə məlumatı sosial şəbəkədə sözügedən təshil ocağında övladı təhsil alan valideyn paylaşıb.

Qeyd edək ki, buna səbəb kimi məktəbdə koronavirus pandemiyasının artma tendensiyası göstərilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı təsdiqləyib. İdarədən verilən məlumata görə, həqiqətən 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub. İdarədən o da bildirilib ki, hazırda məktəbdə əyani təhsil davam edir: "Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN