Biz rektorların əsas vəzifəsi həm də ali məktəblərimizin inkişafı üçün gənc, bilikli kadrlar hazırlamaqdır.
BANM bu baxımdan nümunə ola bilər.
Bu gün BANM-ın ən vacib şöbələrindən biri olan keyfiyyətin təminatı şöbəsinə məzunumuz və yetirməmiz olan Aysel Rzayeva müdir təyin edildi.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
"Gənc və dinamik kadrlarla daha böyük nəticələrə doğru irəli! Rzayeva Aysel Asif qızı 662.0 balla 2015-ci ildə BANM-nə qəbul olub. 2020- ci ildə BANM fərqlənmə diplomu ilə kimya mühəndisliyi ixtisası üzrə bitirib. 2022- ci ildə BANM Kimya mühəndisliyi- Neft və qaz texnologiyası ixtisaslaşması üzrə maqistratura pilləsini bitirib. BANM-də əmək fəaliyyətinə 17 sentyabr 2020-ci ildə Kimya mühəndisliyi kafedrasında böyük laborant, 21 sentyabr 2021-ci ildə istehsalat meneceri işləmişdir. 14 oktyabr 2022-ci ildən Keyfiyyətin təminatı şöbəsində böyük metodist vəzifəsində çalışır", - deyə bildirib.
JASMİN