Bakıda 2024-cü il noyabrın 11-22-də keçirilmiş COP29 könüllü olaraq fəal iştirak etmiş BANM- ın 76 tələbəsi ilə görüş keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar qasımov sosial media hesabında bildirib.
"Tələbələrimiz əsasən İKT xidmətində daha çox fəsliyyət göstəriblər. Say baxımından ən çox tələbəsi iştirak edən Universitetlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tələbələrin göstərdiyi fəallığa yüksək qiymət verildiyini və onların təşəkkürnamə və 1500 manat pul mükafatı ilə təltif edildiyi vurğulanıb", - deyə rektor diqqətə çatdırıb.
JASMİN