Yanvarın 24-də Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda təlimlərin açılışı olub. Jurnalistlər üçün keçirilən təlimlərin məqsədi Azərbaycandakı media nümayəndələrinin müharibədən sonrakı dövrdəki fəaliyyətlərinə töhfə verməkdir.
Təlimlərin açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və başqaları iştirak edirlər.
“Azərbaycanın müharibədən sonrakı dövrədə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi” , “Media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı” və “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında keçiriləcək təlimlər müvafiq istiqamətlərdə nəzərə alınmalı həssas məqamları və digər məsələləri əhatə edəcək.
TEZADLAR.AZ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN