AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub. AzTU-da təşkil olunan qış imtahan sessiyası şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə keçirilir. Şifahi imtahanların keçirilməsi üçün müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunan 75 imtahan otağı ayrılıb. Test  imtahanları isə kompüter zallarında təşkil olunub. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və digər qoruyucu vasitələrdən istifadə edir. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur. O da bildirilib ki, sessiya müddətində koronavirusa yoluxmuş  tələbələr üçün sessiya bitdikdən sonra xüsusi imtahan günləri təyin olunacaq. Qeyd edək ki, imtahan sessiyası başlayandan bu günə kimi 5 magistrant və 2 bakalavr koronavirusa yoluxub. 
Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin suallarını cavablandırıb. Rektor bildirib ki, universitetdə aparılan reformaların əsas hədəfi tədris olunan fənlərin sayının azaldılmasına yönəlib. Hazırda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mühüm işlərin həyata keçirildiyini deyən rektor növbəti tədris ilində universitetin müasir kitabxanasının istifadəyə verilməsinin nəzərdə tutulduğunu jurnalistlərin diqqətinə çatdırıb.
Qeyd edək ki, AzTU-da qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq.
Xatırladırıq ki, mediaturda ölkənin tanınmış KİV rəhbərləri iştirak edirdilər. Mediaturda "Təzadlar" da təmsil olunurdu.
Sevinc Muradxanlı
(xüsusi müxbir)
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN