Ölkədə son günlər koronavirusa yoluxma hallarının artımı müşahidə olunur. Bu səbəbdən bir neçə gündür sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı iddialar səsləndirilir.

Yayılan məlumatlarda məktəblərin fevralın 15-dən 2 həftəlik bağlanacağı bildirilir.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sekorunun müdiri Cəsarət Valehov qeyd edib ki, yayılan məlumatlar yanlışdır, hazırda bu məsələ müzakirə edilmir.

Xatırladaq ki, bir müddət öncə Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev də bildirmişdi ki, məktəblərdə yoluxma ilə bağlı vəziyyət nəzarət altındadır və məktəblərin tamamilə qapadılmasına ehtiyac görülmür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN