Füzuli rayonu Ə.Tağıyev adına Bala Bəhmənli kənd tam orta məktəbinin direktoru Solmaz Rzayeva  bu gün pedaqoji kollektivin iştirakı ilə iclas keçirib.

Bu barədə Tezadlar.az-a sözügedən məktəbdən bildirilib.

Məlumata görə, direktor Solmaz Rzayeva iclasda məktəbdən hansısa müəllimin mətbuata şikayət məktubu göndərdiyini və bu barədə ona rayon Təhsil Şöbəsindən xəbər verildiyini bildirib.

Bundan hiddətlənən direktor S.Rzayeva məktəbdəki mövcud problemləri həll etmək əvəzinə iclasda müəllimləri təhdid edib, şikayətçinin kim olduğunu araşdırıb öyrəndikdən sonra onu məhkəməyə verəcəyi ilə hədələyib: "Yaxşısı budur ki, şikayəti kim yazıbsa, xoşa-xoşluqla boynuna alsın. Yoxsa, mən araşdırıb tapandan sonra o müəllimin vəziyyəti çox ağır olacaq".

Məlumata görə, işini ehtiyatlı tutan məktəb direktoru S.Rzayeva içəridə kiminsə videoçəkiliş aparmaması üçün iclasa başlamazdan əvvəl bütün müəllimlərdən telefonları yığıb.

***

Qeyd edək ki, bu günlərdə "Təzadlar"ın elektron poçtuna Füzuli rayonu Ə.Tağıyev adına Bala Bəhmənli kənd tam orta məktəbinin bir qrup müəllimi tərəfindən şikayət məktubu daxil olmuşdu.

Həmin məktub əsasında dərc edilən tənqidi yazıda sözügedən məktəbin direktoru Solmaz Rzayevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra qanunazidd əməllər törətməsindən bəhs olunudu.

Xatırladaq ki, şikayət məktubunda adı çəkilən şəxslərin qarşı tərəf olaraq fikirlərini öyrənmək mümkün olmadığından onların da mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN