“Apellyasiya şikayətləri ilə yoxlanılan 200 nəfərə yaxın şagirdin nəticəsi dəyişib”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. “Biz 100 minlə 200-ü müqayisə edəndə görürük ki, bu, kiçik bir rəqəmdir. Heç yarım faiz də etmir”, - o bildirib.

 Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-ündə paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür. Şagirdlərə uğurlar arzulayırıq. Lakin Təhsil Nazirliyi məktəblərdə tədrisə elə diqqət verməlidir ki, valideynlər əlavə pul verib övladlarını repetitor yanına göndərməsin və məktəblərin verdiyi təhsil yetərli olsun.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN