İndi də Goranboy rayonunun Səfikürd kənd orta məktəbində biabırçılıq yaşanıb.

Belə ki, həmin məktəbdə təhsil alan 12 yaşlı qızın geyiminə görə məktəbdən uzaqlaşdırılıb, habelə ona psixoloji təzyiq edilib.

Bu barədə həmin kəndin sakini Elvin Turan sosial şəbəkələrdəki hesabında yazıb. Onun bildirdiyinə görə, hadisə dünən onun doğulduğu kənddə baş verib: “Goranboy rayonunun Səfikürd kənd orta məktəbində 12 yaşında qız uşağı (qohum ailədəndir) məktəb rəhbərliyi tərəfindən dərsdən kənarlaşdıralaraq, yaşının qaldıramayacağı formada psixoloji təzyiqə və təhqirə məruz qalıb. Uşağın məktəbli geyimi hal-hazırda geyinmək üçün yararsız olduğuna görə ətək əvəzinə şalvar geyinirmiş. Məktəb rəhbərliyi tərəfindən “Niyə ətək geyinməmisən?” -  sualına “Yoxumdur”, - deyə cavab verib. Uşağa deyilib ki, “Yoxundur, get, qonşudan al, geyin, ya da nənənin... geyin gəl”. Uşaq qanunsuz formada dərsdən çıxarılaraq, evə göndərilib”.

E.Turan yazır ki, uşağın valideyni məktəb direktoruna zəng edərək, “İmkanım yoxdu, maaş alanda uşağa yeni geyim alaram, niyə belə biabırçılıq edirsiniz?” - sualına isə direktor Lamiyə Abışova “Mənim sözümdü, mən belə demişəm. Get, uşağına ətək alarsan, sonra uşağın məktəbə gələr” cavabını verib. “Məktəblə əlaqə saxlayıb, bunun qanunsuz və qeyri insani rəftar olduğunu deməyimə, məsələni qaydasına salmağ cəhdimə də baxmayaraq, əlahəzrət direktor xanım bu gün yenə uşağı dərsə buraxmayıb. Görəsən, o məktəbdə insan hüququ, uşaq hüququ, uşaq psixolojisi nədir, necə rəftat eləmək lazımdır deyə bilən var, yoxsa hamı direktor xanım kimi bu mətləblərdən xəbərsizdi?!”

E.Turan Təhsil Nazirliyindən məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN