AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun dörd əməkdaşı Moldova Komrat Universitetinin keçirdiyi VI Beynəlxalq Türklərin Dünyası Sosial Elmlər Simpoziumunda iştirak ediblər.

Bu barədə institutdan məlumat verilib.

Bildirilib ki, simpoziumda Şərqşünaslıq İnstitutunun Nəşriyyat və elmi informasiya şöbəsinin elmi əməkdaşı Aygül Mirzəyeva “Tabu və evfemizmlərin linqvokulturoloji xüsusiyyətləri (Türk və qaqauz dilləri əsasında)”, Türk filologiyası şöbəsinin kiçik elmi işçilərindən Arzu Dadaşova “Valter Skotdan bu günə qədər tarixi romanların təkamülü”, Gülnisə Usubova “Azərbaycan və Qaqauz dilləri arasında yalançı ekvivalent feillər”, Humay Məmmədova “Şəfiqə Əfəndizadə Cənubi Qafqazın ilk qadın ziyalılarından biri kimi” mövzularında məruzələrlə çıxış ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN