“...Qəbul olmaq istəyənlər əvvəllər xaricdə təhsil alıbsa, onlara üstünlük verilir”.
Bunu xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev deyib.
Qeyd edək ki, artıq bakalavriat və magistratura təhsil səviyyələri üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün müraciət edən namizədlərin müsahibə mərhələsinə start verilir.
Məsələ ilə bağlı ekspert KİV-ə açıqlamasında bildirib ki, müsahibə mərhələsində bakalavr və magistr təhsili almaq istəyən şəxsə ixtisası üzrə suallar yönəldilir, həmçinin öz sahəsini sevmə və ona bələd olma potensialı yoxlanılır.
Ekspertin sözlərinə görə, burada tərs mütənasib olan bir məqam var:
“ Belə ki, qəbul olmaq istəyənlər əvvəllər xaricdə təhsil alıbsa, onlara üstünlük verilir. Bu, da öz növbəsində təhsilini ölkəmizdə almış və xaricdə davam etdirmək istəyən insanlara qarşı haqsızlıq xarakteri daşıyır. Onun bakalavr təhsilini xaricdə alamağa imkanı yoxdursa, bu, şəxsin günahı deyil. Həmin məsələyə görə dövlət proqramından kənarda qalmaq düzgün addım deyil”, - deyə vurğulayıb.
TƏQDIM ETDI: Y.MƏMMƏDLİ