Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 794 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, hazırda 867 aktiv xəstə var. Bu günə qədər 9 723 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 893, bu günə qədər isə ümumilikdə 7 002 575 test icra olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN