Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva koronavirusa yoluxanların sayının artması ilə əlaqədar tövsiyələrlə çıxış edib.

Onun sözlərinə görə, əksər hallarda xəstəlik yüngül formada keçir, amma "risk qrupuna" daxil olanlar şəxslərdə xəstəlik nisbətən ağır keçə bilər.

Buna görə bu vətəndaşlara gigiyenik qaydalara ciddi şəkildə əməl etmələri, koronavirusun ilkin simptomlarını hiss etdikləri təqdirdə dərhal sahə həkimi ilə əlaqə saxlamaları tövsiyə olunur.

Eyni zamanda, ictimai yerlərdə qoruyucu maska və antiseptik məhsullardan istifadə edilməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN