Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artaraq 5-ə çatıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca bildirib.
O, qeyd edib ki, xəstələrdən dördünün müalicəsi başa çatıb, bir nəfər isə karantinə alınıb.
Həmçinin xəstəlik müddətində yoluxanların yaxınları da müvəqqəti təcrid olunublar.
Türkiyə üçün bu xəstəliklə bağlı heç bir epidemiya riskinin olmadığını vurğulayan F.Koca bunun səbəbini virusun qapalı mühitdə çox yaxın təmas və ya uzunmüddətli təmas vasitəsilə keçməsi ilə izah edib (trt).
Xatırladaq ki, Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı 2022-ci ilin 30 iyununda qeydə alınıb.
Qeyd edək ki, dünyada meymunçiçəyi virusuna 16 mindən çox yoluxma qeydə alınıb.
Və bu xəstəlikdən ölənlər də var.
Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bu günlərdə mətbuata bildirib ki, meymunçiçəyi virusu hələ geniş yayılmayıb və ölkəmizdə bu virus qeydə alınmayıb.
Lakin o vurğulayıb ki, bu, o demək deyil ki, olmayacaq...
Y.MƏMMƏDLİ