Amerikanın Cons Hopkins Universitetinin şənbə günü səhər saatlarına olan məlumatına görə, dünya üzrə COVID-19 infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 600 milyon nəfərə satıb.

Məlumatda pandemiyanın başlanğıcından bəri dünyada 6,48 milyon nəfərin virus səbəbindən həyatını itirdiyi bildirilir. İyirmi milyondan çox yoluxma halının qeydə alındığı ölkələrin siyahısına ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Cənubi Koreya daxildir.

Koronavirus pandemiyasının statistikasını aparan Worldometer saytının məlumatına əsasən, planetin hər bir milyon sakininə 832,1 ölüm əmsalı düşür. Braziliyada bu göstərici 3167, İtaliyada 2907, Böyük Britaniyada 2735, Fransada 2346 nəfər təşkil edir.

Pandemiya dövründə dünyada COVID-19 infeksiyasına qarşı 12 milyard 118 milyon doza vaksin vurulub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN