Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 813 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 505 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 032, bu günə qədər isə ümumilikdə 7 155 246 test icra olunub.