Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 817 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 629 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 379 aktiv xəstə var. Bu günə qədər 9 854 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 875, bu günə qədər isə ümumilikdə 7 193 925 test icra olunub.