Almatı sakinlərindən 18 nəfərinin “Seftriakson” dərmanını qəbul etdiyi üçün öldüyü iddia edilir.

Qazaxıstanın Səhiyyə nazirliyi iddialara cavab verib.

Nazirlikdən verilən məlumata görə, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Tibbi və Əczaçılıq Nəzarəti Komitəsinə və onun Almatı şəhəri üzrə ərazi idarəsinə belə şikayətlər daxil olmayıb.

Sosial şəbəkələrdə və messencerlərdə Almatıda 18 nəfərin antibiotik “Seftriakson” iynəsindən sonra öldüyü barədə məlumatlar yayılır. Paylaşımlarda deyilir ki, dərman artıq apteklərdən kütləvi şəkildə çıxarılmağa başlayıb.

Stopfake.kz xəbər verir ki, bu məlumatı Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi təkzib edib.

 “Seftriakson” dərmanının əlavə reaksiyaları (sarı vərəqlər) ilə bağlı xəstənin ölümünü göstərən kart-mesajlar qeydə alınmayıb. Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Tibbi və Əczaçılıq Nəzarəti Komitəsinə və onun Almatı şəhəri üzrə ərazi idarəsinə belə şikayətlər daxil olmayıb”, - nazirlikdən bildirilib.

 Qeyd edək ki, “Seftriakson” sepsis, meningit, müxtəlif növ infeksiyalar, pnevmoniya və digər bu kimi spektrli xəstəliklər üçün təyin olunan antibiotik növüdür.

Portal qeyd edib ki, bu dərman Qazaxıstanda lisenziyalaşdırılıb və apteklərdə satılır.

Əlbəttə, bütün dərmanlar kimi, antibiotiklərin də yan təsirləri mövcuddur və antibiotik qəbuluna tez-tez müraciət etməmək də tövsiyə edilir.

Əlavə edək ki,  “Seftriakson” qrupundan olan dərmanlar Azərbaycanda da apteklərdə satılır və uzun illərdir ki, həkimlər bu antibiotik növünü xəstələrə təyin edirlər. Amma istehsalçı dərman şirkətləri fərqli ola bilər.  

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN