Sanitariya-Epidemioloji Nəzarət İdarəsi bir çox qida məhsulları ilə bağlı da həyəcan təbili çalıb...

Qazaxıstanın Sanitariya-Epidemioloji Nəzarət İdarəsi hər ay malları alıb laboratoriya müayinələri üçün ekspertiza mərkəzinə göndərməklə keyfiyyətinə nəzarət edir.Ölkənin Şimali Qazaxıstan vilayətində aparılmış bu dəfəki monitorinq zamanı məlum olub ki, əsasən ət, balıq və uşaq oyuncaqları keyfiyyət standartlarına cavab vermir.

Bu barədə idarənin rəis müavini Tatyana Qorlova bildirib.Onun sözlərinə görə, qida nümunələrinin, əsasən, ət və balıqdan olan təqribən 15 faiz keyfiyyət standartlarına cavab vermir, sanitar həkimlər, hətta uşaq oyuncaqlarında təhlükəli fenol aşkar ediblər. Qeyd edilib ki, il ərzində vilayət ərazisində 252 ticarət obyektində satınalma aparılıb, 3100 məhsul nümunəsi ekspertizadan keçirilib, onlardan 584-ü (19%) texniki reqlamentlərin və normativ sənədlərin tələblərinə cavab verməyib.

Uyğun olmayan məhsulların ən böyük faizi – 53%-i Avrasiya İqtisadi Birliyinə  (AİB) üzv dövlətlərini payına düşür.

Təxminən 10%-i yerli istehsalçıların məhsullarıdır.Sanitar həkimlər unun tərkibində dəmir və sink, kolbasalarda nitritlərin normadan artıq olduğunu aşkar ediblər.Həmçinin qeyd edilir ki, çox vaxt istehsalçılar süd məhsullarına bitki mənşəli yağlar əlavə etməklə istehlakçıları aldadırlar.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinə üzvü olan ölkələr - Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistandır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN