“Diprospan”ın bəzi seriyaları geri çağırılıb.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat veilib.

Məlumatda qeyd edilir ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, U038559 seriyalı, son istifadə tarixi 10/2023 olan, W002245 seriyalı, son istifadə tarixi 11/2023 olan, W009991 seriyalı, son istifadə tarixi 01/2024 olan, W015391 seriyalı, son istifadə tarixi 03/2024 olan, W025079 seriyalı, son istifadə tarixi 06/2024 olan və W033463 seriyalı, son istifadə tarixi 08/2024 olan olan “Diprospan” ticarət adlı (1 ml of suspension contains: betamethasone dipropionate – 6.43 mg (eq. to 5 mg betamethasone), betamethasone sodium phosphate (eq. to 2 mg betamethasone) – 2.63 mg tərkibli inyeksiya üçün suspenziya 1 ml, şüşə ampullarda №5, plastik qablaşmada, karton qutuda) dərman vasitələri geri çağrılmışdır.

Həmçinin vurğulanır ki, adıçəkilən dərman vasitəsinin yalnız həmin seriyalarının “Organon Central East GmbH, İsveçrə” şirkəti tərəfindən könüllü olaraq geri çağrılması haqqında müraciətə əsaslanaraq geri çağırılması, topdan və pərakəndə satışının və idxalının qadağan edilməsi haqqında qərar qəbul edilmişdir.

“Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız göstərilən seriyaları ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır”, -deyə diqqətə çatdırılıb.

Qeyd edək ki, məlumatda geniş istifadəyə malik dərman preparatının hansı səbəbdən geri çağırıldığı barədə açıqlama verilməyib.

Xatırladaq ki, 10 gün əvvəl eyniadlı dərman preparatının dörd seriyasının Gürcüstan apteklərindən yığışdırılması barədə də xəbər yayılmışdı. Lakin həmin dərman preparatı başqa ölkəyə (Belçikaya) və başqa şirkətə (Schering-Plough Labo N.V şirkəti) məxsus idi.

Qeyd edilirdi ki, “Diprospan" dərmanı potensial paslanmayan polad hissəciklərlə çirkləndiyi aşkar edildikdən sonra bazardan çıxarılıb.

Bu dərmandan əsasən oynaq ağrılarından əziyyət çəkən insanların daha çox istifadə etdiyi bildirilir.

Maraqlıdır ki, ölkəmizdə də qadağan edilən “Diprospan”ın həmin zərərli seriyalarından indiyədək neçə qutu satılıb? Və ola bilsin ki, bu dərmandan istifadə edən şəxslərin bəzilərinin evində həmin zərərli seriyalardan ehtiyat olaraq da saxlanılır...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN