Federal Təhqiqat Bürosunun (FTB)  araşdırmasına görə, Çinin Uhan şəhərində fəaliyyət göstərən laboratoriyada baş verən sızma yeni növ koronavirus infeksiyasının pandemiyasına səbəb olub.

Bu barədə FTB rəhbəri Kristofer Rey məlumat verib.

FTB rəhbəri, həmçinin Pekini ABŞ və digər ölkələrin virusun mənşəyinin əsl səbəblərini öyrənmək cəhdlərini puça çıxarmaq üçün əlindən gələni etməkdə ittiham edib.

Rey müvafiq açıqlamaları ABŞ Energetika Nazirliyinin qəsdən olmayan sızmanın pandemiyaya səbəb olması ilə bağlı dərc olunmuş bəlumatı ilə əlaqədar verib.

Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin sözlərinə görə, ABŞ prezident administrasiyası bu məsələ ilə bağlı yekun nəticəyə gəlməyib.

 Çin Xarici İşlər Nazirliyi isə bu məsələni siyasiləşdirməməyə çağırıb, çünki ABŞ-ın Uhanda koronavirusun mənşəyi ilə bağlı bəyanatlarında heç bir əsaslı sübutu yoxdur.

Xüsusilə, ÜST-ə görə, covidin belə bir mənşəyi ehtimalı azdır.

***

Qeyd edək ki, bir müddət əvvəl alman tədqiqatçısı Valentin Bruttel də daxil olmaqla üç alimdən ibarət qrup koronavirusun laboratoriyada yaradılmasına dair sübutlar tapdıqlarını bildiriblər.

Onların fikrincə koronavirus 99,9% təbii virusun süni surətidir.

Xatırladaq ki, COVID-19 – koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.

Və o zamandan bəri bir çoxları koronavirusun Uhandakı laboratoriyadan sızdığını, həmçinin bu virusun süni şəkildə yaradıldığı da iddia edilir.

Haradan sızmasından, yaxud necə yaranmasından asılı olmayaraq, bütün dünya əhalisi bu virusdan böyük zərər gördü və hələ də bu virusun yeni-yeni ştammlarından tam olaraq yaxa qurtarmaq mümkün olmayıb...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN