Planetimizin 3 milyarddan çox sakini sağlam qidadan məhrumdur.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məruzəsində deyilir. Məruzədə sağlam qida zənbilinin qiyməti və insan orqanizmini bütün lazımi maddələrlə təmin edən ərzaq növlərinin əlçatanlığı barədə məlumatlar dərc olunub.

Sağlam qida nəyi ehtiva edir

Sağlam qidalanma nəinki lazimi kalori miqdarını təmin etməli, həm də bu qidaya faydalı maddələrlə zəngin müxtəlif qruplara aid ərzaqlar daxil olmalıdır.

Sağlam qidalanma səbəti gün ərzində 2 min 330 kaloriyə, altı kateqoriyadan ibarət ucuz yerli istehsalat məhsuluna əsaslanır – 1) dənli bitkilər, makaron və kartof, 2) tərəvəz, 3) meyvə, 4) heyvan mənşəli ərzaqlar, 5) paxlalı bitkilər, çərəz və toxumlar, 6) yağlar və piylər.

Sağlam qida zənbilinin qiyməti

Mütəxəssislərin məlumatına görə, “Ərzaq kasıblığı” həddində yaşayanların sayı ən çox Asiyada artıb – 78 milyon nəfər. Sağlam qida zənbilinin qiymətində ən çox artım da məhz bu regionda müşahidə edilib – il ərzində 4 faiz.

Ən bahalı qida zənbili Latın Amerikası regionunda qeydə alınıb – gün ərzində 3,89 dollar. Asiyada bu göstərici 3,72 dollar, Afrikada 3,46 dollar, Şimali Amerika və Avropada 3,19 dollar, Okeaniyada isə 3,07 dollarıdır.

Afrikanın 12 ölkəsində əhalinin 90 faizdən çoxu tam qidalana bilmir və dünyanın yalnız 26 ölkəsində zəif qidalanan əhalinin sayı bir faizdən azdır.

MDB məkanında sağlam qida zənbili neçəyə başa gəlir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2020-ci ildə Azərbaycanda sağlam qıda zənbilinin gündəlik qiyməti 2,53 dollar, Qazaxıstanda 2,66 dollar, Moldovada 2,81 dollar, Qırğızıstanda 3,18 dollar, Ermənistanda 3,25 dollar, Belarusda 3,31 dollar, Rusiyada 3,42 dollar, Tacikistanda isə 3,48 dollar təşkil edib.

xezerxeber

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN