Əczaçılıq məhsulları 13,6% bahalaşıb ki, bu da 2017-ci ilin yanvarından bəri ən yüksək illik artım tempidir.

 Qazaxıstanda son bir ayda əczaçılıq bazarında da 1,2% qiymət artımı qeydə alınıb. Məlumata görə, ötən ilin fevralında da sektorda qiymət artımı analoji olub. Analitiklərin fikrincə, ötən il əczaçılıq bazarında ən nəzərəçarpacaq aylıq qiymət artımı mart və aprel aylarında baş verib (1,7%).

Regional kontekstdə əhəmiyyətli illik artım Mangistau (18,3%), Şimali Qazaxıstan (15,4%) və Qızılorda (15,3%) vilayətlərində qeydə alınıb.

İlin ilk ayında əczaçılıq məhsullarının istehsalı 17 milyard tengəyə çatıb ki, bu da ötən ayla müqayisədə 60% çoxdur.

Ümumilikdə, 2022-ci ildə dərman istehsalının həcmi 142 milyard tenge təşkil edib ki, bu da 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə dəyər ifadəsində 4,5% azdır.

***

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvarında dərmanlar daha da bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, ölkəmizdə dərmanlar 2023-cü ilin yanvar ayında 2022-ci ilin yanvar ayına nisbətən 17.8%, dekabr ayına nisbətən isə 6% bahalaşıb.

Onu da qeyd edək ki, Azərbaycanda cari ilin yanvarında 324.1 min manat dəyərində dərmanlar istehsal edilib ki, bu da illik müqayisədə 62.3% artım deməkdir.

Amma bütün bunlara baxmayaraq, ölkədə bir çox dərmanların qiyməti “əl yandırır”. Dərman bazarı od tutub yanır, insanlar gəlirlərinin böyük bir hissəsini qida ilə yanşı dərman alışına sərf edir.

DSK-nın məlumatına görə, ötən il də əhalinin xərclərində ən böyük real artım qeydə alınan istiqamət əczaçılıq məhsulları və tibbi ləvazimatları ilə bağlı olub. İl ərzində əhali dərman vasitələrinə 1 milyard 166 milyon manat xərcləyib. 

Hesablamalara əsasən, əhalinin əczaçılıq məhsullarına sərf etdiyi vəsait real olaraq 14.1 faiz artıb... 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN