Bu gün Nərimanov Tibb Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində tibbi aksiya keçirilib.
Mərkəzin ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Aygün Qulamqızı "Təzadlar"a bildirdi ki, Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində təşkil olunan aksiyada müxtəlif sahələr üzrə cərrah, oftalmoloq, nevroloq, stomatoloq, psixiatr, otolarinqoloq, pediatr, endkrinoloq, terapevt, kardioloq, travmatoloq, uroloq, qastroentroloq olmaqla 30-dan çox ixtisaslı həkim iştirak edib. Sitat: "...Ümumilikdə aksiyada 79 nəfər 18 yaşdan aşağı, 62 nəfər 18 yaşdan yuxarı uşağa tibbi xidmət göstərilib. Keçirimiş tibbi aksiyanın əsas məqsədi,xalqımızın ümummilli dəyəri olan, yardımlaşma və xeyirxahlığı özündə tərənnüm etdirən Novruz bayramı münasibətilə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməkdir".
Nərimanov Tibb Mərkəzinin bu cür humanitar aksiyaları davam edir...
JASMİN
tib-1
tib-3
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN