Azərbaycanın tibb mütəxəssisləri getdikcə ilklərə imza atmaqla xarici mütəxəssisləri geridə qoyurlar...

Mərkəzi Gömrük Hospitalının əməkdaşı Dilara Zamanova "Təzadlar"a bildirib ki, Hospitalda 3,5 kq çəki ilə yenidoğulmuş körpə üzərində anadangəlmə diafraqma yırtığı əməliyyatı uğurla icra edilib. Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev körpəni müyinə edərək, diafraqma yırtığı diaqnozu təyib edib. Belə ki, yenidoğulmuşda qaraciyərin solu, mədə, bağırsaqlar və dalaq döş qəfəsində, ürək ətrafında  yerləşdiyi müəyyən edilmişdir. Reanimasiya şöbəsində körpənin vəziyyəti stabilləşdirildikdən sonra əməliyyata alınmış və  Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov tərəfindən əməliyyat olunub. Diafraqma yırtığı yenidoğulmuş uşaqlarda hər 1000-5000 uşaqdan birində rast gəlinən anadangəlmə inkişaf qüsurudur. Bu problem uşaq cərrahiyyəsində  ən ağır cərrahi problemlərdən biridir, çünki bu, hamiləlik vaxtı yaranan bir problem olur və adətən ürək ətrafnda qaraciyər, dalaq, bağırsaqlar inkişaf etdiyinə görə, ağciyərin ciddi şəkildə sıxılması səbəbindən ürək önündə təzyiq yaranır, burada hormonal hipertenziya yaranır  və həm ürəyin, həm də ağciyərin fəaliyyəti pozulur. "... Diafraqma hamiləliyin 4-cü həftəsində formalaşır, yırtıqlar adətən 12-ci həftədə görünməyə başlayır. Bu elə bir qüsurdur ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrinin klinikalarında belə doğulmuş hər 4 uşaqdan biri həyatını itirir. Yəni dünyada icra edilən bu əməliyyatlardan  uğurla başa çatanları 70%-i ötmür. Əməliyyatsonrası bu uşaqlara peşəkar tibb işçilərindən ibarət komanda xidmət etməlidir. Çünki bu uşaqlar düzgün qidalandırılmalı, həkimlərin nəzarəti altında olmalıdırlar. Belə ki mədə və bağırsaqlar yerini dəyişdiyinə - qarın boşluğuna köçürüldüyünə  görə qidalanma zamanı qarın şişməsi, qusma kimi şikayətlər ola bilər",-Zamanova əlavə edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN