Saakaşvilinin müalicəsinin ölkədən kənarda aparılması ətrafında qalmaqal böyüməkdədir...

Beynəlxalq çağırışlara baxmayaraq ölkənin siyasi hakimiyyəti hələki bu barədə yekdil qərara gələ bilmir. Prezident Salomenin ürəyiyumşaqlığı da baş haziri Qaribaşvilini bu məsələdə yumşaltmayıb... Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, xalq müdafiəçisi Levan İoseliani də sabiq prezident Mixeil Saakaşvilinin vəziyyətindən söz açıb. "Birinci Kanal"-ın efirində qonaq olan İoseliani konsiliumun sabiq prezidentlə bağlı rəyini şərh edərkən bildirib ki, Saakaşvilinin başqa bir mühitdə, həmçinin ölkədən kənarda müalicəsi vəziyyətdən çıxış yolu ola bilər. Sitat: “Düşünürəm ki, onun başqa mühitdə, o cümlədən ölkədən kənarda müalicəsi bu vəziyyətdən çıxış yolu ola bilər. Bir şey aydındır ki, bu şəxsin [Mixeil Saakaşvilinin] vəziyyəti pisləşib. O, arıqlayıb və çəki itirmə davam edərsə, bu proses çox pis nəticələrə gətirib çıxara bilər. Arıqlamağına yemək yeməsi və ya yeməməsinin təsir etməsinə gəlincə, bu tibb sahəsidir və bu suallara cavab verməlidirlər. Biz institutumuz [Xalq Müdafiəçisi Aparatı] olaraq həkimlərə öz funksiyalarını yerinə yetirmək üçün hər cür köməklik edirik. Həmçinin, “Vivamed” klinikasına da köməklik göstəririk. Bizim edə biləcəyimiz nəyəsə ehtiyac olsa, hər zaman onu təmin etməyə hazırıq. Saakaşvili ilə görüş zamanı həkimlər tərəfindən ona qarşı pis rəftar edildiyi barədə mənə heç nə demədi. Bundan əlavə, onun vəziyyətinin bu qədər pisləşməsinin səbəbi tibb sahəsi ilə bağlıdır. Yəqin ki, bu barədə Şura üzvlərini dəvət edərək onlardan detallı məlumatlar soruşmalısınız”.

Bəli, süni qalmaqalda maraqlı qüvvələr var və istəmirlər ki, ölkə siyasi və beynəlxalq təzyiqlərdən uzaq olsun.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN