Demək olar ki, bütün dünya ölkələrində tüğyan edən koronavirusun yeni dalğası,

ştammı səbəbindən Gürcüstanda da COVİD 19-a yoluxma sayı artmaqda davam edir. Bu gün ölkə üzrə yoluxma sayına görə yeni antirekorda imza atılıb. Belə ki, ölkədə son sutka ərzində 5 924 yeni yoluxma faktı qeydə alınıb. Yoluxan xəstələrin  60 nəfəri həyatını itirib.

Gürcüstan Səhiyyə Nazirliyinin  Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze Koordinasiya Şurasının bu günkü iclasından sonra keçirilən brifinq zamanı bildirib ki,  başqa məhdudiyyətlərin tətbiqi ilə bağlı Şura müzakirələr aparıb: "Restoranlarla bağlı şura bu gün konsensusla qərar qəbul etdi. Əlbəttə ki, bir çox başqa məhdudiyyətlərlə bağlı ciddi müzakirələr də aparıldı, lakin bu mərhələdə bir tək qida obyektləri ilə bağlı qərar verildi. Ancaq sabah və ya birisi gün başqa məhdudiyyətlərlə bağlı qərarların veriləcəyini istisna etmirəm", - deyə Qamqrelidze bildirib.

Xatırladaq ki, Gürcüstanda əhalinin ümumilikdə 685 448 min nəfəri - 17, 22 %-i  peyvənd olunub, bunlardan 294 365 nəfəri – 7,40 %-i  isə tam peyvənd olunub

Qeyd edək ki, Azərbaycanda da  bu sahədə vəziyyət heç də ürəkaçan  deyil. Son sutka ərzində  ölkə üzrə COVİD-19 infeksiyasına 3 583 yeni yoluxma faktı qeydə alınıb,  30 nəfər isə həyatını itirib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN