Nəfsinə hakim olmama səbəbindən piylənmədən əziyyət çəkənlərin sayı artan xətt üzrə davam etməkdədir. Əsasən ayaqüstü yeməklər, hazırlanması tez başa gələn qidalar, şirniyyatlar, qazlı şirin içkilər, bir sözlə, yemək şakəri günbəgün çəki artımına səbəb olur. Hansı ki, bu səbəbdən də qan təzyiqi, şəkər və s. ciddi xəstəliklərə yol açır...

***

Alimlərin hesablamalarına görə, 2022-ci ildə planetdə 1 milyarddan çox insan və ya yer üzündə hər səkkiz nəfərdən biri piylənmədən əziyyət çəkib.

 1990-cı ildən bəri böyüklər arasında qlobal piylənmə nisbətləri iki dəfədən çox, uşaqlar və yeniyetmələr arasında isə dörd dəfə artmışdır.

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Lancet" jurnalında dərc olunmuş araşdırmaya istinadən bildirir ki, 2022-ci ildə dünyada 1 milyarddan çox insan və ya Yer kürəsində hər səkkiz nəfərdən biri piylənmədən əziyyət çəkir.

 "1990-cı ildən bəri böyüklər arasında piylənmənin qlobal yayılması iki dəfədən çox, uşaqlar və yeniyetmələr (5-19 yaş) arasında isə dörd dəfə artıb", - ÜST bildirir.

 Tədqiqat göstərir ki,  qidalanmanın azalmasına baxmayaraq, xüsusilə Cənub-Şərqi Asiya və Saharadan cənub-qərb Afrikada bir çox əhali arasında bu, ciddi problem olaraq qalır.  Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 5 yaşınadək uşaqlarda ölüm hallarının yarısına səbəb qida çatışmazlığıdır.

 ÜST xəbərdarlıq edib ki, piylənmə öz növbəsində ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növləri kimi qeyri-infeksion xəstəliklərə səbəb ola bilər.

 "Yeni araşdırma pəhriz, fiziki fəaliyyət və lazım olduqda müvafiq tibbi yardım vasitəsilə həm erkən uşaqlıq, həm də yetkinlik dövründə piylənmənin qarşısının alınması və müalicəsinin vacibliyini vurğulayır", deyə ÜST-ün baş direktoru Tedros Qebreyesus bildirib.

 Onun sözlərinə görə, qlobal piylənmə hədəflərinə nail olmaq sübuta əsaslanan müdaxilələr və ÜST tərəfindən dəstəklənən hökumətlərin, cəmiyyətlərin və ictimai səhiyyə agentliklərinin kollektiv səylərini tələb edəcək.

 Qebreyesus məhsullarının istehlakçıların sağlamlığına təsirinə məsul olan özəl sektorun da əməkdaşlığının zəruri olduğunu vurğulayıb.

 Göründüyü kimi, sağlam yaşamaq naminə qidalanmamıza diqqət etməkdə fayda var.  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN