Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiyalar Elmi Mərkəzinin mütəxəssisləri Marburq qızdırmasına qarşı peyvəndin preklinik sınaqlarını uğurla başa vuraraq, kliniki mərhələyə hazırlaşırlar.

Bu barədə jurnalistlərə “Rospotrebnadzor”un mətbuat xidmətindən məlumat verilib.

 TEZADLAR.AZ xəbər verir ki, “Rospotrebnadzor”un “Vektor” VB üzrə Dövlət Araşdırma Mərkəzinin əməkdaşları Marburq qızdırmasının qarşısını almaq üçün peyvənd hazırlayıblar. Artıq klinikadan əvvəlki sınaqlardan keçərək özünün təhlükəsizliyini və effektivliyini nümayiş etdirib”, - məlumatda deyilir.

 Vektor qeyd edib ki, vaksin hazırda klinik sınaqlara yüksək səviyyədə hazırdır.

Mətbuat xidməti vurğulayır ki, hazırda peyvəndlər seriyası işlənilir və müvafiq icazənin alınması üçün sənədlər paketi hazırlanır.

Qeyd edək ki, Marburq virusu xəstəliyi həm insanlara, həm də digər primatlara təsir edən nadir, ağır viral hemorragik           qızdırmadır. Virus təbii olaraq yarasalarda olur və yarasalardan insanlara keçə bilər.

 Marburq qızdırmasının təbii ocaqları Cənubi, Qərbi və Mərkəzi Afrika ölkələridir: CAR (Cənubi Afrika Respublikası), Qabon, Sudan, Konqo Demokratik Respublikası, Liberiya, Qvineya, Zimbabve, Keniyadır. Xəstəliyin klinik təzahürləri virusa yoluxduqdan 2-21 gün sonra görünür.

 Xəstəliyin əsas əlamətləri bunlardır: qızdırma, boğaz ağrısı, səpgi, qarın ağrısı, burundan və gözdən qanaxma.

Xatırladaq ki, ÜST-nin yeni təhlükəli infeksiyanın - Marburq virusunun yayılması ilə bağlı xəbərdarlığı ilə əlaqədar bir çox ölkələr epidemioloji vəziyyətə nəzarəti gücləndirib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN