Tezadlar.az saytının 12 oktyabr 2024- cü il tarixli buraxılışında yayımlanmış bir məqaləyə Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinindən təkzibedici cavab daxil olmuşdur...
Redaksiya "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq aşağıda təqdim edir:
«TƏKZİB
«Təzadlar» qəzeti redaksiyasına
Bildiririk ki, qəzetinizin və eyni adlı saytınızın 12 oktyabr 2024-cü il tarixli buraxılışında«Sumqayıt məktəblərində «SES» həyəsanı» başlıqlı məqalə yayımlanmışdır.
Məqalədə imza kimi «Sumqayıt şəhər tam orta məktəblərin bir qrup kollektivi adından: ArzuMəmmədova» yazılmışdır. Bu məqalədə Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzininin qanuni mənafeyinə zidd ifadə və faktlar səsləndirildiyindən dərhal həmin faktınaraşdırılmasına başlanıldı. Tərəfimizdən ümumən Sumqayıt təhsil kollektivi sırasında bu adlıtəhsil işçisinin olduğu aşkarlanmadı.
Güman edirik, bu və ya digər maraqlı şəxslərin şikayət xarakterli bu məktubu Sumqayıt ŞəhərGigiyena və Epidemiologiya Mərkəzininin qanuni fəaliyyətinə kölgə salmağa, son faktlarapardığımız səmərəli və işgüzar fəaliyyətimizdən narahat olaraq ictimaiyyət arasında barəmizdəmənfi rəy yaratmağa hesablanıb.
Beləliklə, hesab edirik ki, bu yazı Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinininfəaliyyəti ilə bağlı həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur.
İnanırıq ki, «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq bizim də cavab haqqımıztərəfinizdən tanınacaq və bu təkzib məktubuz saytınızda və ya qəzetinizdə işıqlandırılacaq.
Əvvəlcədən təşəkkür edirik.
Hörmətlə,
Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzininin direktoru: Rafiq Abdullayev
Sumqayıt şəhəri, 25 oktyabr 2024-cü il».