Əfqanıstanın səhiyyə naziri Qələndər İbad bildirib ki, “Taliban”ın müvəqqəti hökuməti Rusiyanın və digər koronavirusa qarşı vaksinlərin respublikaya tədarükünün təmin edilməsi barədə xahiş edib.

Bu barədə TASS məlumat yayıb.

"Biz həm Rusiyadan, həm də pandemiya ilə mübarizədə bizə kömək etmək istəyən dünyanın istənilən ölkəsindən peyvənd almaqda maraqlıyıq."

"Taliban" nümayəndəsi  Əfqanıstanın koronavirus pandemiyası ilə mübarizədə hər cür yardımı yüksək qiymətləndirəcəyini vurğulayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda tibbi ləvazimat çatışmazlığı barədə məlumat vermişdi.

Qeyd edək ki, bu günə olan statistik məlumatlara görə, 40 milyondan çox əhalisi olan Əfqanıstanda əhalinin 156 106 min nəfəri (0,4%-i) koronavirusa yoluxub. Hazırda xəstə sayı 20 314 (13,0%) nəfərə çatıb.

Lakin ölkədə pandemiya ətrafında vəziyyətin monitorinqi qeyri-müntəzəmdir, bəzi bölgələrdə isə tamamilə yoxdur.

Xatırladaq ki, Əfqanıstanda koronavirusa qarşı peyvəndləmə 28.02.2021-ci ildə başlanıb. Ölkədə Johnson&Johnson, Oxford/AstraZeneca, Pfizer/BioNTech, Sinopharm/Beijing vaksinlərindən istifadə edilirdi. İndiyədək əhalinin ümumilikdə 828 601 nəfəri – 07%- i vaksin vurdurub. Onlardan cəmi 430 744 nəfəri – (07%-i) tam vaksin olunub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN