Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
2 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Xatırladaq ki, dünən virusa yoluxanların sayı 4 943 nəfərə çatmışdı.
Qeyd edək ki, koronavirusun yüksək yoluxuculuq qabiliyyətinə malik olan "omicron" ştammı, dünyanın 100-dən artıq ölkəsində qeydə alınıb, o cümlədən Azərbaycanda. Son sutka ərzində də ölkə üzrə 2186 yeni yoluxma halı qeydə alınınb. Lakin onların neçə faizinin "omicron"a yoluxduğu məlum deyil.
JASMİN