Ekspert “omicron”un yayılma xarakterini qripin mövsümi artımı ilə müqayisə edib

“Omicron”da epidemioloji prosesin xarakteri SARS və qripin mövsümi artımına bənzəyir, bu xüsusiyyət təmasda olan şəxslərin təcrid olunmasından imtina etməyə və səyləri COVID-19 xəstələri ilə işləməyə cəmləşdirməyə imkan verir.

Bunu RİA Novosti-yə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Yoluxucu Xəstəliklər Milli Elmi Cəmiyyətinin sədri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov deyib.

“Müşahidələrimizin nəticələri və apardığımız tədqiqatlar “omicron” variantı ilə bağlı epidemiya prosesinin təbiətinin dəyişdiyini, xəstələrin sayının sürətlə artdığını, xəstəliyin gedişatının orta ağırlığı və sağlam insanlar arasında patogenin populyasiyada yüksək  yayılmasından xəbər verir. Biz epidemiya prosesinin belə xüsusiyyətlərini SARS və qripin mövsümi artımı zamanı müşahidə edirik”, - deyə Qorelov bildirib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omicron” adını verib.

“Omicron”un daha yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu bildirilir. Koronavirusun yeni ştammı bütün dünyaya yayılmaqda davam edir. Son  bir ayda Azərbaycanda da koronavirusa yoluxma sayı yüksək templə artır.

Qeyd edək ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib və hazırda aktiv xəstə sayı 40 796 nəfərə çatıb.

Hələ ki,  COVİD- 19 xəstələrindən neçəsinin "omicron"a yoluxduğu barədə konkret rəqəmlər söylənilmir...

 

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN