Bazar ertəsindən etibarən Macarıstan hakimiyyəti ictimai yerlərdə qoruyucu maskaların məcburi taxılmasını, eləcə də koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra digər məhdudiyyətləri aradan qaldırır.

TASS-a istinadən xəbərə görə, baş nazir aparatının rəhbəri Qergeli Quyaşın sözlərinə görə,bu qərar əhalinin uğurla peyvənd olunmasından sonra verilib.

“Bazar ertəsindən etibarən ictimai nəqliyyatda, mağazalarda, ticarət mərkəzlərində, poçt şöbələrində, teatrlarda, kinoteatrlarda, muzeylərdə, eləcə də idman yarışlarında maska ​​taxmaq öhdəliyi ləğv edilir. Bu tələb kafe və restoranlarda çalışanlara da aid olacaq",- deyə Qergeli Quyaş bildirib.

Bundan əlavə, açıq hava tədbirlərində iştirakçıların sayına qoyulan məhdudiyyətlər də aradan qaldırılır. Həmçinin işçilərin məcburi peyvənd olunması tələbi də ləğv edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN