Rusiyanın paytaxtı Moskvada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş maska rejimi ləğv edilir.
Bunu paytaxtın meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, martın 15-dən etibarən Moskvada qoruyucu maska taxmaq tələbi ləğv olunacaq. Bundan başqa, müəssisə və təşkilatlarda tələb olunan bəzi addımlar, işçilərin qızdırmalarının ölçülməsi, iş yerlərlərində işçilər arasında arakəsmələrin qoyulması tələbi də aradan qaldırılır.
Qeyd edək ki, Moskvada mağaza və nəqliyyatda, müəssisə və ictimai məkanlarda maska taxmaq tələbi 2020-ci il mayın 12-də qüvvəyə minmişdi.
E.ŞİRİNOV