Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "VAZ-2107" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
R.XUDATQIZI