Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 38 yaşlı Kamil Məmmədov şübhəli bilindiyi üçün saxlanılıb.

Ondan ümumilikdə 20 kiloqram, o cümlədən 12 kiloqram marixuana, 8 kiloqram tiryək və metamfetamin, eləcə də 200 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. O, narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə edərək Bakı və Sumqayıt şəhərlərində ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN