Havanın çirklənməsi yalnız ağciyərlər və ürəyin sağlamlığına təsir etmir. Tədqiqatlar göstərib ki, kiçik hissəciklər insan beyninin zədələnməsinə də səbəb ola bilər.
Son tədqiqat çərçivəsində alimlər siçan modelləri üzərində göstəriblər ki, havada olan çox kiçik ölçülü hissəciklər ağciyərlərə daxil ola, oradan qana keçə və beləliklə, beyinə çata bilərlər.
Yeni tədqiqat qara karbon və titan dioksid hissəciklərinin qan vasitəsilə siçanın beyninə daxil ola biləcəyini sübut edib.
Zərərli maddələr nevroloji toxumaya keçdikdə isə immun sisteminin onlarla mübarizə aparması çətinləşir.
Müəlliflər aşkar ediblər ki, havada olan hissəciklər siçanın istənilən digər orqanı ilə müqayisədə, beyində daha uzun müddət qalırlar.
"Bu tədqiqat işi tənəffüs hissəcikləri arasında əlaqə olduğunu və onların bədən üzrə hərəkət etdiklərini göstərdi", - deyə Böyük Britaniyanın Birminhem Universitetinin nanotexnologiyalar üzrə mütəxəssisi İzolt Linç bildirib.
E.ŞİRİNOV