“Təzadlar”ın rəsmi saytının ötən həftəsonu buraxılışında “Azərpoçt” MMC-nin Şamaxı rayon filialında baş verən qanunsuzluqlarla bağlı Baş Prokuror Kamran Əliyevə və «Təzadlar»a ünvanlı şikayət məktubundan sitatlar təqdim etmişdik.

Şikayət məktubunda yazılanlarda qeyd edilirdi ki, «“Azərpoçt” MMC-nin Şamaxı rayon filialında baş verənlər heç bir ölçüyə sığmır. Bir neçə aydır ki, filiala Rövşən Mirzəyev müdir təyin edilib. O, bu qısa zaman içində filialda ağlagəlməz qanunsuzluqlara imza atmaqdadır. Məsələn, 2022-ci ilin may ayından 2022-ci ilin iyun ayı dövründə hər gün Rusiyadan “Zolotoy karona” və “Kontakt” vasitəsilə göndərilən yüz min manatlarla pul vəsaiti vətəndaşların xəbəri olmadan onların şəxsiyyət vəsiqələrinin surəti vasitəsilə sənədləşdirilərək çıxarılıb. Əgər araşdırılsa, məlum olacaq ki, həmin imzalar saxtadır. Həm də aydın olacaq ki, həmin vətəndaşların bu əməliyyatlardan qətiyyən xəbəri yoxdur. Nəzərə alsaq ki, gündə yüz min manatlar çıxarılıb, bu ayda neçə milyonlarla pul vəsaiti deməkdir. Yəni, Rövşən Mirzəyevin Rusiyadakı adamı bu pulları oradan göndərir, müdir isə burada poçt göndərişləri kimi nəğdləşdirib çıxarır. Hansı ki, ayrı-ayrı adamların adına sənədləşdirilir, bu şəxslərin isə xəbəri olmur. Qeyd etdiyim müddətdə Rusiyadan Şamaxıya göndərilən pul vəsaitlərinin kimlərin adına sənədləşdirilib götürüldüyü araşdırılarsa, hər şey bəlli olacaq. Bundan başqa, Şamaxının kənd və qəsəbələrindəki poçt filiallarındakı pul daşımaları qanunla inkassator vasitəsilə olmalıdır. Lakin Rövşən Mirzəyev bu işləri özünün etibar etdiyi “kuryer”lərə tapşırır. İnkassator maşınlarına ayrılan yanacaq isə bu yolla istifadə edilmir və silinir» və s.

Şikayətdə bildirilirdi ki, Rövşən Mirzəyev Daxili İşlər Nazirliyində çalışan (təchizat üzrə) yüksək vəzifəli əmisinin sayəsində bu qanunsuz əməllərə rahatlıqla, çəkinmədən imza atır.

***

Dərc edilən şikayətlə bağlı «Azərpoçt» MMC-dən və digər dövlət qurumlarından redaksiyamıza müraciətlər edildi… «Azərpoçt» MMC-nin rəsmisi bildirdi ki, məsələ araşdırılır, Sizə ətraflı məlumat veriləcək… Bundan əlavə, əməkdaşımız Rövşən Mirzəyevlə də əlaqə saxlamışdır. R.Mirzəyev səsini başına atıb bütün bunların yalan və böhtan olduğunu bildirmiş, qəzeti məhkəməyə verəcəyini demişdir…

***

Təəssüflər olsun, bəzən medianın yazdıqlarına qərəzli fakt kimi yanaşılır. Təbii ki, «Təzadlar» faktı yoxlamadan, araşdırmadan məqaləni yayımlamır.

Beləliklə, məlum oldu ki. «Azərpoçt» MMC rəsmisinin bildirdiyi kimi, dərc edilən şikayət məktubu ilə bağlı Şamaxıya yoxlama göndərilib, bu gün isə R.Mirzəyevi Baş İdarəyə çağırıblar...  Bu dəqiqələrdə etibarlı mənbə bildirdi ki, Rövşən Mirzəyev tutduğu vəzifəsindən azad olunub, yerinə təyinat da edilib. Digər xüsusatlarla bağlı komissiya işə başlayıb. «Güman ki, yoxlama materialı, şikayətdə bildirildiyi kimi, Baş Prokurorluğa təqdim olunacaq və R.Mirzəyevin əməllərinə hüquqi qiymət veriləcək…», -deyə mənbə bildirdi.

Əlavə məlumat verləcək.

“Təzadlar”ın Araşdırma Qrupu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN