«…Rzayev Namil Heydər oğluna “Texnikabank”ın Bakı filialındakı 428.400 manat məbləğində əmanəti filialın müdiri Yusifov Zal Zakir oğlu ilə əlbir olaraq yüksək faizlə yerləşdirdiyini bildirərək ondan 1.000.000 ABŞ dolları tələb etmişdir»

Azərbaycan Respublikası adından HÖKM

 Bakı şəhəri, İş № 1-1(093)-9/2022 21.09.2022-ci il, BAKI HƏRBİ MƏHKƏMƏSİ

 (Əvvəli tezadlar.az saytının 09 oktyabr 2023-cü il tarixli buraxılışında)

…Bundan başqa, Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmişdir. O,  hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin oktyabr ayında dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə 613 № cinayət işi üzrə şahid qismində ifadə vermək üçün Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasına dəvət edilən “Texnikabank” ASC-nin Bakı filialında 623.300 avro məbləğində əmanəti olan Qurbanov Mehrac Qurban oğluna şəxsən öz xidməti otağında və Vüsal Ələkbərovun vasitəsilə sonuncunun xidməti otağında qanuni əsaslar olmadan bankda əmanətindən imtina etməli olduğunu, əks halda barəsində cinayət təqibi başlayacağı və həbs qətimkan tədbiri seçdirəcəyini bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni əmanətinin qaytarılmasını təmin etmək müqabilində Mehrac Qurbanovdan əvvəlcə həmin dövrün rəsmi məzənnəsi ilə 243.810 manat təşkil edən 300.000 ABŞ dolları, sonuncu ilə razılaşa bilmədikdə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla 200.000 ABŞ dolları məbləğində nağd pulu birbaşa yolla rüşvət kimi tələb etmişdir.

 Bundan sonra Mehrac Qurbanovla qeyd olunan qərarı 200.000 ABŞ dolları müqabilində qəbul etməyə razılaşmış, bununla əlaqədar 23 oktyabr 2008-ci il tarixdə, saat 17 radələrində MTN-nin inzibati binasında, dəstənin üzvü Vüsal Ələkbərovun xidməti otağında sonuncunun vasitəsilə həmin dövrün rəsmi məzənnəsinə görə 162.300 manata bərabər 200.000 ABŞ dolları məbləğində külli miqdarda nağd pulu Mehrac Qurbanovdan qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölərək, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almışdır. O, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Mehrac Qurbanovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

rusvet-tele

«…Rzayev Namil Heydər oğluna “Texnikabank”ın Bakı filialındakı 428.400 manat məbləğində əmanəti filialın müdiri Yusifov Zal Zakir oğlu ilə əlbir olaraq yüksək faizlə yerləşdirdiyini bildirərək ondan 1.000.000 ABŞ dolları tələb etmişdir»

 Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin oktyabr ayının ortalarında özünün göstərişi əsasında dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə 613 № cinayət işi üzrə şahid qismində ifadə vermək üçün Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasına dəvət edilən Rzayev Namil Heydər oğluna qanuni əsaslar olmadan “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialında 428.400 manat məbləğində əmanəti filialın müdiri Yusifov Zal Zakir oğlu ilə əlbir olaraq yüksək faizlə yerləşdirdiyini, buna görə barəsində cinayət təqibi başlayacağı və həbs qətimkan tədbiri seçdirəcəyini bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində Namil Rzayevdən 1.000.000 ABŞ dolları istəmişdir. Lakin sonuncu ilə razılaşa bilmədikdə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla növbəti günlərdə əvvəlcə 700.000 ABŞ dolları, sonda 500.000 ABŞ dolları məbləğində külli miqdarda nağd pulu birbaşa yolla rüşvət kimi tələb edərək, Namil Rzayevlə 500.000 ABŞ dolları müqabilində razılaşmışdır.

 Bununla əlaqədar 2008-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, 28 May küçəsi, 14 saylı evin girişində Namil Rzayevdən şəxsən 200.000 ABŞ dolları, 2008-ci ilin noyabr ayının sonlarında günün ikinci yarısında dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində, MTN-nin inzibati binasının yaxınlığında 300.000 ABŞ dolları, cəmi həmin dövrün rəsmi məzənnəsinə görə 404.450 manata bərabər 500.000 ABŞ dolları məbləğində külli miqdarda pulu qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölmüşdür. O, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əkskəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Namil Rzayevin hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

 Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin oktyabr ayının əvvəllərində özünün göstərişi əsasında dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə 613 № cinayət işi üzrə şahid qismində ifadə vermək üçün Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasına dəvət edilən “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialında 677.000 avro məbləğində əmanəti olan Mədətov Elşən İsmayıl oğlunu heç bir əsas olmadan filialın rəhbərliyi ilə əlbir olduğu dəstədə bankdan pulları taladığını, buna görə barəsində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində Elşən Mədətovdan Vüsal Ələkbərovun vasitəsilə əvvəlcə həmin dövrün rəsmi məzənnəsi ilə 243.810 manat təşkil edən 300.000 ABŞ dolları, sonuncu ilə razılaşa bilmədikdə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla 100.000 ABŞ dolları məbləğində külli miqdarda nağd pulu birbaşa yolla rüşvət kimi tələb etmişdir.

dollar-1

 Lakin Elşən Mədətovla 100.000 ABŞ dolları müqabilində razılaşmış, bununla əlaqədar 2008-ci il oktyabr ayının sonlarında MTN-nin inzibati binasında Vüsal Ələkbərovun xidməti otağında sonuncunun vasitəsilə Elşən Mədətovdan 100.000 ABŞ dolları məbləğində pulu qəbul etmiş, lakin mütəşəkkil dəstənin məqsədlərinə tam nail olmaq üçün 2008-ci ilin noyabr ayının əvvəllərində Vüsal Ələkbərovun vasitəsilə yenidən Elşən Mədətova cinayət işi üzrə bankı talayanlarla əlbirliyi barədə guya əleyhinə ifadə verildiyini, buna görə də alınan pulun özünə qaytarılacağı və tutulacağı, övladlarının da cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib hədə-qorxu gəlməklə 300.000 ABŞ dolları məbləğində rüşvəti tam həcmdə verməsini tələb edərək alınan 100.000 ABŞ dollarından əlavə olaraq 100.000 ABŞ dollarına, cəmi 200.000 ABŞ dollarına razılaşıb 100.000 ABŞ dolları məbləğində pulu növbəti günlərdə Vüsal Ələkbərovun vasitəsilə sonuncunun xidməti otağında Elşən Mədətovdan qəbul etmişdir. Amma  mütəşəkkil dəstənin məqsədlərinə tam nail olmaq üçün növbəti günlərdə Vüsal Ələkbərovun vasitəsilə Elşən Mədətova rəhbərliyin 200.000 ABŞ dolları məbləği ilə razılaşmadığını bildirib eyni məzmunlu hədə-qorxu gəlməklə 300.000 ABŞ dolları məbləğində rüşvətin tam həcmdə verilməsini tələb edərək alınan 200.000 ABŞ dollarından əlavə olaraq 50.000 ABŞ dollarına, cəmi 250.000 ABŞ dollarına razılaşmışdır.

 O, 2008-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 600-602 saylı evin qarşısında Vüsal Ələkbərovun vasitəsilə Elşən Mədətovdan 50.000 ABŞ dolları, ümumillikdə vahid niyyətlə külli miqdar təşkil edən 202.245 manata bərabər 250.000 ABŞ dolları məbləğində nağd puldan ibarət rüşvəti qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölərək, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Elşən Mədətovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur…

(Ardı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN