...Uzun sözün qısası, Zeynəb Xanlarova Azərbaycan mədəniyyəti üçün brenddir, möhürdür, addır, xətir- hörmətdir... Onu rahat buraxın! O sizlərə neyləyib? Mədəniyyətimizin mərdini qova- qova namərd eləməyin! İnsafınız olsun... Bəli, onun da günahı var! Bu günah ondan ibarətdir ki, Əbülfəz Qarayev nazir olanda bir çoxlarının "ala gözünə və qara qaşına" heyran olub, yerindən duranlara Xalq artisti adı verdirdi. Zeynəb Xanlarova Aygün Kazımova, Faiq Ağayev, Tünzalə, Röya... Xalq artisti adı alanda gərək səsini qaldıraydı, özünün bu fəxri adından imtina edəydi! Ki, mədəniyyətdə və musiqidə kimliyə fərq qoyulmursa, mən özümü belə mədəniyyətdə görə bilmərəm! Amma Zeynəb xanım bunu etmədi! Səbəbini bilənlər bilməyənlərə söyləsin! Lakin o, mədəniyyətimizdəki nizam- tərəzinin itdiyini görəndə etirazını Azərbaycanı tərk etməyi ilə ifadə etdi...
XXX
Cəmi haqsızlığa hərə bir cürə etiraz edir: kimi sosial şəbəkədə ağlına və ağzına gələni deyir, kimi Tik- tok- a çıxır, kimi piketə çıxır, kimi də yuxarılara teleqram yazır, şikayət edir... Zeynəb Xanlarova isə kəlağayısını başına atıb birdəfəlik çıxıb getdi... Gördü ki, bu cür qarışıq mədəniyyətdə olmaq doğru deyil... Özü də səs- küy salmadan, sakitcə, dinməzcə... Çıxıb getdi! Axı ona başqa yol da qoymadılar. Təsəvvür edin, AzTV elan edir: "Oxuyur Xalq artistləri- Zeynəb Xanlarova və Tünzalə, Röya, Faiq Ağayev!" Adam intihar edər, başına bir güllə axar belə eyniləşmədən!
XXX
Zeynəb Xanlarovanı başa düşmək üçün onun yerində və halında olmaq lazımdır! Yaxşı ki, sizlər ömrünü Azərbaycan musiqisi və mədəniyyətinin yolunda şam kimi əridən, çox şeylərdən özünü tamarzı edən, pul qazanmaq üçün toylara belə getməyən... Zeynəb Xanlarovanın yerində deyilsiniz. Yoxsa, çoxdan sizlərin adını intihar edənlər siyahısında görərdik.
Qısası, Zeynəb Xanlarovanı, ən azı bu yaşında, rahat buraxın!!!
"Təzadlar"
P.S.Yuxarıda adını çəkdiyim hər bir müğənnilərə sayğılarımı ifadə edirəm, inanıram ki, haqq- ədalət naminə bu müqayisələrdən inciməzlər...