«Təzadlar»ın Araşdırma Qrupunun rəyi: Bakının Babək, 8 noyabr və H.Əliyev prospektlərindən gəlib Cavanşir körpüsünə tıxanan avtomobillərin 90-95 faizi rayonlara, «Binə» və «Sədərək» ticarət mərkəzlərinə gedir…

…İl ötdükcə Bakının tıxac problemi daha ciddi hal alır. Səbəbi də odur ki, bəzi məmurlar Bakını barama qurdunun tələsinə salmaqdadır. Aydın şəkildə desək, barama qurdu tut yarpağının şirəsindən acgözlüklə yeyib necə şişirsə, sonda özünə ipəkdən tor qurur və bir də onda ayılır ki, bu torun-baramanın içində qalıb… Orda isə kəpənəyə çevrilir və ölür…

 Cənab məmurlar, cənab Bakının gələcək talyeinə cavabdehlər! Bu şəhəri məhv etməyin! «Pilot layihə» adı altında harda beşmərtəbəli binalar var, söküb yerində30 mərtəbəli göydələn tikirsiniz. Deməli, sabah o həyətdən ən azı 6 dəfə çox maşın çıxacaq… İnsanların saatlarla tıxaclarda qalmasını vecinizə almadan qazandığınız iş adamı- "AMAY" Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev kimi ya katibələrinizə qismət olacaq, ya da həkimlərə… Vallah belədir! Baxın də, barama qurdundan güclü və imkanlı olacaqsınız?!

***

…Bəli, Bakının başqa dərdi yadından çıxıb. Hər gün səhər və axşam saatlarla işə, həkimə, evə, məktəbə… gecikən Bakının canı boğazına yığılıb, çarəsi isə tapılmır. Daha doğrusu, tapan yoxdur. Tapmaq istəyən yoxdur… Bu savadsızlar anlamaq istəmirlər ki, 1 litrlik qaba 10 litr su doldurmaq mümkün deyil. Qab yerindədir, "suyu" artıra-artıra gedirsiniz... Bakının maşın tutumu normadan 10-15 dəfə aşağı düşüb, çünki Bakının yolları daralıb, Bakı içinə qısılıb, Bakı balacalaşıb...  Çünki vaxtilə 1 ha sahəyə 20 maşın düşürdüsə, indi şəhəri içindən tikərək bu rəqəmi 2 minə çatdırmısınız. DYP əməkdaşları avtomobilləri yola növbə ilə buraxır. Bütün Bakını intellektual idarəetməyə çevirsələr də, xeyri yoxdur. Bakı dardır, Bakı içindən tikilir, mərkəzə tikilir, mərkəzdən kənara tikilmir.

  «Təzadlar»ın Araşdırma Qrupu: Bakının Babək, 8 noyabr və H.Əliyev prospektlərindən gəlib Cavanşir körpüsünə tıxanan avtomobillərin 90-95 faizi rayonlara, «Binə» və «Sədərək» ticarət mərkəzlərinə gedirsə…

 Bu gün təkrarən araşdırma apardıq ki, əsas tıxac mənbələrindən və meydanlarından biri olan Cavanşir körpüsü ərazisindən keçən avtomobillər axı hara gedir, niyə mərkəzə axıb gəlir? Bəlkə bunların mərkəzdə evi var, işi var, dükanı var, katibəsi var… Nəyi var axı??? Fotoşəkillərdən də görürsünüz ki, müşahidələrimiz Cavanşir körpüsündən başlayıb Ü.Hacıbəyov, Z.Əliyeva və Kukla teatrından keçərək «Azneft» meydanınadək davam edir… Orada yol ayrılır-biri rayonlara istiqamətlənir, digəri isə «Baksovet»ə-Prezident Administrasiyasına tərəf. Məlum oldu ki, avtomobil axınının 90-95 faizi Bakının Babək, 8 noyabr və H.Əliyev prospektlərindən gəlib Cavanşir körpüsünə tıxanır və oradan da rayonlara, «Binə» və «Sədərək» ticarət mərkəzləri istiqamətinə gedir.

 İndi ay Bakının baş bilənləri, yəni Bakının torpaq ərazilərini satanlar, göydələnlər tikdirənlər, Bakını tıxaca zorlayanlar, nəticə belədir! Düşünün, ya göydələnlərinizi sökün Bakı bu zorlamadan qurtarsın, ya da alternativ yol fikirləşin ki, gəlib Cavanşir körpüsünə tıxanıb oradan da rayonlara, «Binə» və «Sədərək» ticarət mərkəzləri istiqamətinə gedən bu maşın karvanı ilə necə rəftar edilməlidir?

Ziya Məmmədov nəqliyyat naziri olanda «Təzadlar» təklif vermişdi ki, Xəzər dənizinin Zığ istiqamətindən başlayaraq bu maşın karvanını bərə ilə «Binə» TM dairəsinədək daşımaq olar… Fikirləşin, nə qədər ki, səhərədək tıxacda qalmamısınız, təklifi biz verdik, tədbiri siz görün…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN