Belarusda fəaliyyət göstərən "Azərbaycan İcmaları Konqresi"nin (AİK) gənclər təşkilatının üzvləri Qurban bayramı münasibətilə onkoloji xəstəliklərdən əziyyət çəkən azərbaycanlı uşaqları ziyarət ediblər.

Bu barədə qurumdan əldə etdiyimiz məlumata görə, Minsk şəhərindəki Respublika uşaq onkologiya, hematologiya və immunologiya mərkəzindəki ziyarət zamanı uşaqların sağlamlıq problemləri ilə yaxından maraqlanan gənclərimiz balacaları müxtəlif hədiyyələrlə sevindirməyə çalışıblar.

"AİK" gənçlər təşkilatının sədri Olesya Kosoykina bildirib ki, onlar mütəmadi olaraq bu mərkəzdə müalicə olunan xəstələri, o cümlədən soydaşlarımızı ziyarət edirlər. Azərbaycan diaspor təşkilatlarının hər zaman öz fəaliyyətlərində xeyriyyəçiliyə böyük üstünlük verdiklərini, mərhəmət və xeyirxahlıq hisslərini aşılayan layihələr həyata keçirdiklərini xatırladan gənc fəal digər diaspor təşkilatlarını da belə təşəbbüslərlə çıxış etməyə çağırıb.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN