Tezadlar.az-a Ucar rayonunun Məlikballı kənd sakini Ağakişiyev Ramil Məhəmməd oğlunun "Aqroservis" ASC-nin Yevlax Regional Nümayəndəliyinin direktorunun dələduzluq hərəkətləri barədə şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona nasaz KLASS markalı taxılbiçən kombaynı müqavilə ilə sırıyıb: "Həmin kombaynı cəmi 1 gün işlədikdən sonra xarab oldu. Mütəxəssis kombaynı yoxlayan zaman məlum oldu ki, həmin nasazlıq əvvəldən var imiş. Bununla da məlum oldu ki, Cabbar Tağıyev bilərəkdən xarab kombaynı bizə verib. Taxıl biçininin qızğın çağında bizə qarşı edilən bu qanuna zidd hərəkətlər cinayət əməli hesab olunur.

Belə ki, "Aqroservis" ASC-i ilə kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 26.04.2021-ci il tarixdə № 02/00857 nömrəli müqavilə bağlayıb CLASS markalı kombaynı lizinq yolu ilə götürmüşük. Həmin vaxt tələb olunan 5000 manat pulu ödəmişəm.

Kombaynı gətirib bir gün işlətdikdən sonra texnika xarab oldu. Kombayn ustası baxıb bildirdi ki, taxıl əzənin valında əyrilik var və təmiri üçün 8000 manat pul lazımdır. Mənə kombaynı lizinq yolu ilə verən zaman kombaynın tam saz və işlək vəziyyətdə olması bildirildi. Texniki vəziyyət haqqında AKT-1-də kombaynın tam saz vəziyyətdə olması qeyd edilib. "Aqroservis" ASC ilə aramızda bağlanmış 26.04.2021-ci il tarixli müqavilədə bu öz əksini tapıb. Ancaq taxılyığan kombaynı təhvil aldıqdan sonra mağazadan 250 manata akkumulyator almışıq, ümumilikdə texnikanın işlək vəziyyətə gətirilməsi üçün 2000 manat pul xərcləmişik. Ancaq "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyev mənim savadsızlığımızdan və özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müqaviləyə və taxılyığan kombaynın tam saz vəziyyətdə olmasına dair akta mənə imza etdirib.

Taxıl mövsümünün qızğın vaxtında belə bir nasaz texnikanın aldadılaraq verilməsi dələduzluq cinayətidir ki, bizə qarşı "Aqroservis" ASC-nin Yevlax RN -nin rəhbəri Cabbar Tağıyev tərəfindən edilib.


Himayəmdə üç azyaşlı övladım var. Alın təri ilə işləyib qəpi-qəpik yığdığım pulun 5000 manatını lizinqə ödədim, 2500 manat isə kombayna xərclədim. Ancaq aldadılaraq valı əyri olan kombaynın mənə sırınması belimi qırdı. Ailəm aclıq, yoxsulluq içində yaşayacaq. İnandım ki, dövlət idarəsidir, qanunları ali tutub məni aldatmazlar, qanunu iş görərlər. Ancaq tam əksinə oldu, "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyev dələduzluq edərək məni aldatdı. "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyevin mənə qarşı etdiyi dələduzluq hərəkəti barədə kənd təsərrüfatı naziri cənab İnam Kərimova, "Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanova şikayət ərizələri və teleqramlarla müraciət etmişəm.

Mətbuat vasitəsi ilə də aidiyyəti dövlət orqanlarına müraciət ünvanlayaraq xahiş edirəm ki, şikayətim olaraq təcili yerində bizim iştirakımızla obyektiv araşdırılsın, mənə qarşı dələduzluq hərəkəti etmiş "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyev barəsində qanunu tədbir görülsün".

Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq. 

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN