...Dünya tarixinin alt qatları yəhudilərin fəryad səsləri, iniltilər, qan iyi, çoxsaylı deportasiyalar və tükürpədici soyqırımlarla doludur. Onlar məhz yəhudi olduqlarına görə toplum kimi yox olmaq təhlükəsi ilə dəfələrlə təkbətək qalıb. Millətlər öz mənliyini, kimliyini böyük və ardıcıl müsibətlər yaşadıqda daha dərindən tanıyar. Yəhudilər çoxvariantlı səfərbərliyin təşkilinin yenilməz və yanılmaz strategləri olduqlarını minilliklər boyu dünyaya sərgiləyib. Qorxuya qarşı elə immunitet göstərdilər ki, onları qorxudan qorxu onlardan qorxdu...
Amma çox uzun yüzilliklər, minilliklər boyu böyük təlafatlardan sonra...
Problemlərini faciələşdirmədilər, zaman-zaman hissələrə bölüb kiçildərək yox etdilər. Olmuşlardan olacaqları sezib dərk etdilər. Hərəkətlər toplumun alt şüurunda kök salar. Toplumun ağlında olanlar isə öz ifadələrini davranışlarında tapar. Tarixi müsibətlər bəzi millətlərdə yazıqlıq, acizlik psixologiyası yaratdı, yəhudilərdə isə fədakarlıq və uzaqgörənlik. Məqsədlərinə maraq oyandırmağın ən fərqli yollarını bilən yəhudilər tarixin onlar üçün ən ağır, qaranlıq çağlarında belə əlifbalarını dəyişmədi.
...Yəhudilər iudaizim uğrunda fəda olmasaydı, bu qədim dinləri yoxa çıxardı. Onlar dinlərini də dəyişmədi, atmadı, ona sadiq qaldı və başqa dinin qoruyucularına, daşıyıcılarına çevrilmədi. Bu dəşhətli yəhudi soyqırım səbəblərindən biridir. İkinci səbəb yəhudi ağıl üstünlüyünün qəbuledilməzliyi ilə onların tarixən min bir məhrumiyyətlərə məruz buraxılaraq təklənmələridir. Bu iki səbəbin birgəliyi onların soy-kökünü xüsusi amansızlıqla qazıyıb.
Rusiya və Amerikadan başqa (Osmanlı Türkiyəsi və Azərbaycan istisna) heç bir ölkə dar ayaqda könüllü olaraq öz torpaqlarını yəhudilərin ixtiyarına verməyib, onlara qapı açmayıb...
...Ərəblər, çinlilər, avropalılar, farslar... yəhudilərin “Tora”sını (tora ivrid dilində yasalar, qanunlar deməkdir) öyrəndikcə özlərinin qurmuş olduqları siyasi-ulusal dəyərlərini genişlədib.
Özəllikləri ilə seçilən yəhudi zəkası mübarizə üsullarının ən ağlagəlməz yollarını tapır, mənimsəyir, seçkinliyin, fərqliliyin təkrarsız obrazının örnəklərini yaradır. Onlarda ən yaxşını seçmək qabiliyyəti xüsusiləşib. İdarə edənlərin özlərini idarə etmək üstünlüyünün kodu, geni onlara aiddir. Dərindən anlayıblar ki, toplumun taleyi mənəvi-siyasi şüurundan çox asılıdır. Toplum maraqlarını kütləvi şəkildə şəxsi mənafelərdən qat-qat üstün tutmanı milli şüurun dərinliklərinə həkk ediblər. Ağrı sindromu yəhudiliyin kökündədir. Onu min illərdir ki, fitrətlərində unutmadan daşıyıblar.
...Dini mənbələr təsdiq edir ki, bəşəriyyətə 124 min peyğəmbər gəlib-gedib. Bu peyğəmbərlərdən 70 minə qədəri yəhudi kökənli olub. Hətta bəzi peyğəmbərlərin də onlarla qohumluqları iddia edilir. Bəziləri yəhudi toplumuna 70 min peyğəmbərin göndərilməsinin guya Ulu Yaradanın onları “ağıllandırılması” kimi yozur, yorumlayır. Belə isə sual doğur: hər şeyə qadir Ulu Yaradanın yəhudiləri “ağıllandırmasına” 70 min dəfə “cəhd” etməsi hansı hikmətə, məntiqə və ehtiyaca sığa bilər? Deməli, mətləb yəhudilərin “ağıllandırılmasında” yox, elə onların ağıllı, seçkin millət olmasındadır ki, içərilərindən 70 minə qədər peyğəmbər çıxıb. Peyğəmbərlik geni yəhudilərdə dominantlıq, üstünlük təşkil edib və bu gerçəklik nəsillərə ötürülüb. Düşüncə səbəb arayar, səbəb isə seçkinliyin yəhudi böyüklüyündəki təzahürüdür.
Bir işin dəlisi olmadan o işin ağıllısı olmaq mümkün deyil. Yəhudilər tarixən böyük idealların daşıyıcısı, ötürücüləridir. Bu mənada alternativsizlərdir. Üstünlük onların kimliklərinə, yaşam tərzlərinə, mövcudluğuna hopub. Mübarizələrində bənzərsiz israrlı ardıcıllıq göstərirlər. Onlar çəkinmir, unutmur, vaz keçmir və gecikməyi xoşlamır. Cəsur ağılları onlara uğurlu mübarizə yollarını açıb göstərir. İmkan vermirlər ki, başqalarına bəslədikləri inam özlərinə duyduqları inamdan üstün olsun. Onlar uğrunda çalışılmayan iş, ödənilməyən hər hansı borc saxlamağı sevməz. Biliyin çoxluğuna deyil, hər hansı işə keyfiyyətlə yaradığına üstünlük verərlər. Yəhudi iddiaları bu toplumun uğur katalizatoru, uğursuzluq ehtimalını önləmək uğurudur. Onlar həyatın bütün sahələrində tükənməyən maraq mənbələrinin yorulmaz axtarışçılarıdır.
SƏRT KÜLƏKLƏR, FIRTINALAR, BORANLAR OLMASAYDI, DÜNYANIN HAVASI AĞIRLAŞARDI. YƏHUDİLƏR MƏCAZİ MƏNADA BƏŞƏRİYYƏTİN SƏRT KÜLƏKLƏRİ, FIRTINALARIDIR. Hər şeyi etməyi deyil, gərəklini etməyi sevərlər. Mənliklərinin sirlərini qavramışlardır. Fədakarlıq xatirələrini əziz tutaraq, öyünmə duyğularını canlı saxlayar, mənfi yüklü sözlərlə düşünüb, davranmazlar. Onlarda söz ideologiyanın qulu deyil, yaradıcı əsasıdır. Ədəbiyyatları da xalturaçı deyil ki, bədii-siyasi, fəlsəfi və sair fikir sistemlərinin inkişafına əngəl törətmiş ola...
Fədakarlıq etməzdən öncə orijinal düşünürlər. YƏHUDİLİK ÖZÜNÜTƏSDİQDİR, MÜKAFATI DA YƏHUDİLİK...
Uzaqgörən ağıl keyfiyyəti, sarsılmaz toplum birliyi, güclü lobbi, diaspor, yəhudi alim və dahilərin çoxluğu, maliyyə mənbələrinə yetərli nəzarət, açıq və gizli təşkilatlar, elm mərkəzləri, müxtəlif təyinatlı institutlar və sairələr... Bunlar yəhudi üstünlüyünə xidmət edən və heç də tam olmayan mövcudluqlardır. Amma dünya tarixi istisnalarla yəhudilərə qarşı “günah yaradıcılığı” mövzusundan əl çəkmədi. Lakin DÜNYA YƏHUDİLİYİN ŞÜUR ALTINA ÇOXDAN CƏZB OLUNUB. Hansı millətinsə və ya kiminsə kitabının oxunmadığı indiki zəmanədə onlar kitablarını sözün bütün keçərli mənalarında bəşəriyyətə yazılı, şifahi və görüntülərlə oxutdurur. DÜNYA MÜHİTİNİN YƏHUDİ OVQATINA UYĞUNLAŞDIRILMASI PROSESİ GERİDÖNMƏZDİR
Dünyanın super gücləri, qlobalistlər öz silah, maliyyə və digər silsilə imkanları ilə çoxdan zühur edib. Bu durum dünyanın hər yerindən görünür. Qlobalizm bəşəriyyətin həyat tərzinə mismarlanaraq beynəlxalq güclərin timsalında Dünya Hökmranlığının rəsmi təsdiqinə doğru iri addımlarla yeriyir. Dünyanı yönəldən gizli-açıq təşkilatları, kəşfiyyatları, telekanalları, sosial-yazılı mediası və sairələri yetərincə qüdrətlidir. Əksər dünya ölkələrinin hakimiyyət strukturlarında qlobalistlərin güclü kadrları yerləşdirilib. Əslində dünyanın böyük təşkilatları da qlobalizmə xidmət edir. Varlıqları ona bağlıdır. Dünya hökmranlığının astanasına gələn qlobalizmi geri çevirməyə dünyanın birləşmiş gücü yoxdur. Müqavimət göstərilən yerlərdə qırğınlar, böhranlar artacaq və nəticə istər-istəməz qlobalizmin xeyirinə olacaq. Bu yüzillərin strategiyasıdır. Bu yolda trilyonlarla dollar xərclənib və istənilən qədər ehtiyat da mövcud... Kosmosdan bəhrələnmə və fərqli üstünlüklər də daha çox qlobalizmin təsirində... Mühasirə dairəsi get-gedə daralacaq.
Dünyanın idarə edilməsində qlobalistlər içində yəhudi ağlının dəyəri üstünlük yaradır. Yəhudilər pul-paranın və gizliliyin gücünü heç bir toplumun mənimsəmədiyi tərzdə qavrayır. Maliyyə zəkaları təsəvvürə gəlməzdir.
Hələ 1940-cı ildə yüksək dairələrdə etiraf edilib ki, Yəhudilər Sionun Qanını Daşıyan krallıqlarını quracaq. Yeddinci yəhudi protokolundan: “Siyasətdə uğur qazanmaq üçün görülən işləri gizli saxlamaq lazımdır”.
Marksizmi yəhudilər yaratdı. Beynəlxalq bolşevizm, kommunizm, sosializm və digər xeyli ...izmlər Beynəlxalq Sionizmin tərkib hissəsidir. Yəhudi fenomenini anlamadan bir xeyli izmləri anlamaq çətindir.
Dünya ictimaiyyəti, bəşəriyyət istisnalarla sağlam düşüncədən məhrum hala gəlib. Ümidsizlik vəziyyətində olanların müqaviməti də zəif olar. Ona görə də bəşəriyyət dünya proseslərinə “nəyimə lazımdır” pəncərəsindən baxır və gələcəyə ümidsizliyini həm böyüdür, həm də aşılayır. Deməli, mənəvi dəyərlərin iflası qarşısında qlobalist siyasət və sosial sistemin dünya üçün model rolu labüdləşəcək. Çünki antiqlobalizmə qarşı cavab tədbirlərinin potensialı müqayisə edilməz səviyyədə güclüdür. Nəzərə alaq ki, qloballaşmaya qarşı hər hansı güc tətbiqinin təzahürləri uyğun olaraq qayda-qanun yaratmaq tədbirləri doğurur və doğuracaq.
Dünya üstünlüyü, (ağalığı) uğrunda mübarizə yəhudi və anqlosaksların uduza bilməyəcəyi çox fərqli savaşdır. Dünya xammal mənbələri və onların daşınma yolları üzərindəki nəzarət daha çox qlobalistlərin əlindədir. Bu dünyanın həyati əhəmiyyətə malik şah damarlarıdır.
MÜBARİZƏNİN QOŞA YOLU QANUN-QÜVVƏDİR,
QANUN TAPDALANARSA, QÜVVƏ İŞLƏNMƏLİDİR.
P.S.-ə qədərki bu yazı 2015-ci ildə az nüsxə ilə çap etdirdiyim “Uzaqları yaxından görənlər” kitabının səhifələrindən idi.
BƏS İNDİ?..
Ruh düşkünlüyü altında həyatda heç nəyin dəyərli olmadığı duyğusunu bəşəriyyət pandemiyanın yaratdığı kütləvi panikada yaşadı. Həyatın daha çox maneələrlə, sərhədlərlə, sıxma-boğmalarla əhatələndiyini get-gedə anlamağa başladı. Məyusluğunu ört-basdır etmək yollarını aradı. Tələ yemini udan bəşəriyyət müqavimət göstərmədən sözəbaxımlı halın uyğunluqlarına öyrədildi. Gərginliyin çoxşaxəli artırılması bataqlıqda çabalama durumunu dərinləşdirir. Bu rametmənin dərkedilmə mərhələsinə keçiddir. Bataqlıqda çabalama-ordan çıxış olmadığını anlamaq üçün girdabdakılara düşdüyü vəziyyəti təfərrüatları ilə göstərir. Bəşəriyyət böyük səhvlərinin girovundadır. Müqəddəs kitablardakı “ağıl etməzmisiniz?” hikmətinin alt qatlarındakı mənalar həqiqətən ağıl edilmədi...
Meşə yanğınlarının dünyaüstü səbəbi bəşəriyyətin ruhunun alovlanması, atəşlənməsindən idi. Sellər, daşqınlar da bəşəriyyətin göz yaşlarının daşqınları... Dünya soyuducusu olan tarixin dondurulmuş göz yaşları Antraktida aysberqləri də İlahi Səbrin qızmasından (iqlim dəyişikliyindən) əriyə bilər. Və nələr-nələr...
Məlum dünya prosesi dünya ölkələrinə elə sürətlə şaxələndirilir ki, gərginlik, konflikt və sair təhlükəli təhriklərin nəticələri haqqında düşünməyə xalqlar sanki vaxt çatdırmır. Lokal fəlakət ocaqlarının (fiziki-siyasi-hərbi və sair) körükləndirilməsi ilə hər ölkənin başı iç və qonşu problemləri ilə qarışdırılanda qlobal oyunun cizgiləri yetərli fərq edilmir. Bu dünyamiqyaslı fərqedilməzlik fonunda yeni dünya gerçək dünyadan sıyrılır, ayrılır və “yeni normallığını” diktə edir. Böyük ağrı özünün disbalansını elə görk etdirir ki, İNSANLAR KÜTLƏVİCƏ ÖZLƏRİ OLMAQ QABİLİYYƏTLƏRİNİ İTİRMƏYƏ SÜRÜKLƏNİR. Yeni normal yeni davranış standartları yaradır. SÖZ GƏZİR Kİ, İSA MƏSİH (Həzrət İSA) ZÜHUR EDƏCƏK. TƏBİİ Kİ, XOŞ GƏLİR. AMMA GƏLƏNDƏ KİMLƏRİN ÜZÜNƏ TÜPÜRƏCƏK, TOTALİTARSTANLIQLAR HAQQINDA NƏLƏR DEYƏCƏK, BUNU ALLAH BİLƏR...
Nizami Süleymanoğlu