Məmmədxan Əzizxanlı, hüquqşünas
İnsan, aydınlanmadan güclənilməz...
Güc, nədir? Güc - hərəkətdə olan enerjidir. Hərəkətdə olmayan enerji isə potensial gücdür.
Güc - canlıda iki tərkibdən ibarətdir, birincisi - gücün təbiətən, yaranışdan, təkamüllə, fiziki enerji, hərəkət, potensial halında gendə olmaqla zorda ifadəsi - bu qaba güc adlanır.
İkincisi, ağılla beyində güc düşüncəsinin yaradılması, sosial təkamüllə formalaşması və sonradan hərəkətə, fiziki enerji formasına çevrilməsinədək, yəni fiziki formada ifadəsinədək - yumşaq güc adlanır. Beləliklə, güc düşüncəsinin fiziki enerji formasına çevrilənədək sürəci - yumşaq güc, fiziki enerji formasına çevrildikdən sonrakı sürəci, yəni zorda ifadəsi - qaba güc adlanır.
Güc necə formalaşır? Gücün mənşəcə - fiziki hal və düşüncə formasından biri, o birini doğurur, tamamlayır, birinci olan, yaranan o birini, yəni ikincini və əksinə doğurur, yaradır, tamamlayır və ağılın yönəltdiyi hədəfə aparır, yəni faydalı iş əmsalına çevirir. Güc yaşamaq və hədəfə çatma vasitəsidir, enerjisidir, yanacağıdır. Gücün birinci oluşan forması o birini doğurur, yaradır, tamamlayır və ağılla hədəfə yönəldilir.
Güc - insanın faydalı (mənfi, yaxud müsbət xarakterli) iş əmsalında ifadə olunan enerjisidir. Gücün düşüncə və fiziki formaları qarşılıqlı, biri, o birini tamamlayıcı, orqanik əlaqədədirlər. Güc - yaşamdır, həyat enerjisidir.
Güc necə dəyişir? Güc - canlıda, təbii halda, təkamüllə, hüceyrədə maddələr mübadiləsinin (kimyəvi, fiziki sürəcinin) sonucu olaraq dəyişir, genetik üsulla oluşur, nəsillikcə ötürülür, məşqlərlə, təlimlərlə, təkrarlanmaqla vərdişə çevrilir və vərdişə çevrilən uzun müddət davam etdikdə genə oturur, genə çevrilir, calaq və mutasiyayla şaxələndirilməklə dəyişir, inkişaf edir, yaxud hərəkətsizliklə öləziyir və getdikcə gərəksizlikdən sıradan çıxır. Gücün bu ikili xarakteri bitkiyə də aiddir.
Güclü olmayan, yəni gücsüz, güclü olmaq istədikdə, ağılla, tədbirlə, ortama, yəni şəraitə uyğun hərəkət edərək əməli düşüncə - güc mərkəzi yaradır, onu inkişaf etdirərək şəbəkələndirir, böyük qüvvəyə çevrilməklə arzularını, istəklərini, məqsədini oluşdurur, yəni həyata keçirir. Formasından, iş üsulundan, adından asılı olmayaraq bütün düşüncə - güc mərkəzləri bu yolu keçir. Yaradılan düşüncə -güc mərkəzi ortama uyğun olaraq aşkar, yaxud gizli, yəni qlaflı, pərdəli ola və vəziyyətdən asılı olaraq şəklini dəyişə bilər. Güc mərkəzi uğur qazandıqda və xüsusilə gizli, yəni qlaflı, pərdəli olduqda... necəliyindən asılı olmayaraq məqsəd vasitəni, üsulu doğruldur... baxmayaraq görünəndə, yəni təcrübədə özünü qürurlu sayanlar buna getməyə və uduza da bilərlər...
Eynən, Şah İsmayıl Xətainin öz qabaqkı uğurlarına, yenilməzliyinə arxayın olaraq, düşmən toplarının dağıdıcı gücünü nəzərə almayaraq, 1514-cü ildə Çaldıran döyüşundə, döyüş öncəsi, öz qoşun başçılarının Osmanlı topçularına gecə basqını təklifindən: "Mən karvanbasan quldur deyiləm" deyə, əlverişli fürsətdən imtina etməsi kimi səhv cavabını verməsi, sonucda Səfəvi qoşununun salamat buraxılan düşmən toplarının öldürücü atəşilə pozğuna uğraması və bütün müharibıni uduzması kimi...
Güc necə idarə olunur?
Güc - dikinə, yaxud dikin əksinə, yəni üzüaşağı, yuxarıdan aşağı və düzünə, eninə, yəni üfüqü formada, eynən insan anatomiyasına, fiziki qanunlara uyğun, sinirlər kimi idarə olunur. Bu cür idarəçilik təkamüllə formalaşmış, öznü doğruldan, doğal, yəni təbii üsuldur.
Gücsüz yaşamaq olarmı?
Yox, gücsüz, enerjisiz yaşamaq olmaz, sadəcə materiya kimi mövcud olmaq olar. Gücün, enerjinin tükənməsi, bitməsilə canlıda, bitkidə ölüm aktı, parçalanma, dağılma, yəni geri sayım baş verir və həyat əlamətləri itir, canlı başqa materiya formasına keçir. Yaşamaq istəyən güc, enerji əldə etməlidir.
Qaba gücmü, yoxsa yumşaq gücmü ötədir, üstündür, birincidir?
Hər iki güc forması ayrılıqda, yerinə, şəraitinə, həyatda qalma imkanlarına görə önə çıxa, daha gərəkli sayıla bilər. Hər iki güc forması gərəklidir, yerinə görə o birindən daha önəmlidir. Məsələn, ərəb işğalçılarına, yəni ərəb qaba gücünə qarşı bərabər qaba güc, yəni əsgər, döyüşçü gücü çıxara bilməyən Perslər döyüşdə yenilsələr də, lakin ərəb İslamı qarşısında öz Pers milli özəlliklərini qoruyub saxlamaq, yaşatmaq, ərəb ümmətçiliyi içərisində tam əriməmək üçün, pers Salmanın başçılığı ilə, İslam dini, yəni ərəb yumşaq gücü içərisində Pers Şüubiyyəçiliyi təriqətini, yəni Şiəçiliyi yaratdılar. Perslər, pers yumşaq gücü olan Şiəçilik təriqəti vasitəsilə, o vaxt Ərəb Xilafətinin əsarətində olan, indi İran adlandırdıqları Persiyada, nəinki öz milli özəlliklərini ərəb islam ümmətçiliyində əriməkdən qoruya bildilər, həm də Persiyada bütün başqa xalqları, o cümlədən min ilədək hakim olan Türkləri şiəçilik (oxu,pers İslamı) vasitəsilə persləşdirib, indi isə farslaşdırıb özəlləşdirdilər, yəni assmilyasiya etdilər, nəhayət şərait yarandığı 1925-ci ildə öz Pers-Fars Milli Dövlətlərini qurdular. Bu gün İran necəliyindən asılı olmayaraq fars özəlliklərini yaşadan Fars Dövlətidir. Başqa sözlə, İran İslam Respublikası fars yumşaq gücü olan Şiəçiliyin uğuru, göstəricisidir.
Perslər, məhz, geriçi ərəb-pers-İslam yumşaq gücü vasitəsilə, çox hiyləgərcəsinə, saya, Pers yumşaq gücünün, yəni Şiəçiliyin qarşısıalınmaz qaba gücə çevriləcəyini qanmayacaq qədər dayaz, ağlı az, başsız böyüklərimizin beynini yumaqla, mirzəliyini etdikləri Türk iqtidarlarının qılığına girməklə, öz dillərini işlək dəftərxana, şeir, ədəbiyyat dili etməklə, hətta ona dövlət dili statusu qazandırmaqla, türklərin dünyəvi mənəviyyatını, yəni düşüncələrini cahil şiəçiliklə əvəzləyib ələ almaqla, bir sözlə türkləri farsçılığa soxmaqla özəlləşdirə, sonradansa türklərə hakim ola bildilər. Bununla da şiələşdirilmiş türklər tarixən dünyəvi düşüncə tərzindən tam uzaqlaşdırılıb, irreal, yəni real olmayan, qondarma ərəb-fars-İslam cəhalətinə, geriçiliyinə elə gömüldülər ki, toplum olaraq indiyədək obyektiv həyat gerçəklərini düzgün qavrayıb dünyəvi, türk düşüncə tərzinə, milli mənlik şüuruna qayıda və inkişaf edə bilmirlər. Çünki, bütün dinlər kimi İsdlam da özlüyündə güc də olsa, lakin kriminal xarakterlidir, yaradıcı, qurucu, inkişafa aparan birlik deyil. Bu geriçi kütləvilikdən tək, tük bireysəl (fərdi) istisnalar olmaq şərtilə ellikcə belədir.
Qaba güc, yumşaq gücsüz oturuşa bilmədiyindən yumşaq gücə nisbətən daha ötəridir, uzun ömürlü deyil. Məsəl var, deyir, bir ölkəni qılıncla ala bilərsən, ancaq qılıncın üstündə oturmaqla onu idarə edə bilməzsən... Yəni idarəçiliyini reallığa uyğun qayda, qanuna - yumşaq gücə keçirməlisən, yoxsa zora arxalanan iqtidarını da itirə bilərsən, necə ki, tarixi nümunələr bunu təsdiqləyir. Buna əmin olmaq üçün birliklərin, dövlətlərin və imperiyaların yaranma, oturuşma, idarə və çöküş şərtlərini, sürəcini izləmək lazımdır. Yumşaq güclə, qaba güc iç, içə, yəni orqanik əlaqədə koordinasiya olunduqda tamamlanır, monolit, tək, bərk gücə çevrildiyi qədər də sağlam və uzun ömürlü olur. İdealogiyası, varlığı, dövlət fəlsəfəsi yumşaq gücdə oluşdurulmayan şəxs, toplum, dövlət, hər hansı birlik dağılmağa məhkumdur.
Bu yerdə, böyük filosof, şair Hüseyn Cavidin "Turana, qılıncdan daha üstün ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" deyimi bütün insanlarımız, xüsusilə də böyüklük iddiasında olanlarımız üçün ibrətamizdir. Cavid bəy bu fikrilə Yumşaq gücün, əslində Qaba gücdən daha üstün, inkişafa, xoşbəxtliyə aparan uzunömürlü idarəçilik üsulu, işə yarayan "qılıncdan daha üstün, ulu qüvvət" olduğunu vurğulayır.
Bilim, mədəniyyət, folklor, ədəbiyyat, nəzəriyyə, baxış, musiqi, teatr, opera, balet, rəssamlıq, memarlıq, din, təriqət, bir sözlə bu çür insan yaradıcılığı - yumşaq gücdür. Hər cür din, təriqət, nəzəriyyə, baxış yaranışındakı, formalaşdığı yumşaq gücdən, xarakterinə, məqsədinə görə ya qurucu, ya da dağıdıcı qaba
gücə çevrilə bilir. Məsələn, insan həyatının ayrılmaz hissəsi, qurucu və qoruyucu xarakterdə olan özünü qoruma instikti və onun daha inkişaf etmiş doğal davamı olan həmcinslik, tərəfkeşlik, millətçilik, vətənsevərlik, vətəndaşlıq... öz normal inkişaf yolundan sarpdıqda, caydırıldıqda, yəni özünü qoruma, yaşam həddini aşdıqda və qəbul olunmuş ümumbəşəri dəyərlərə zidd, başqasının doğal haqqını pozduqda, bir sözlə başqasının haqqına girdikdə... şovinizmə, faşizmə, sionizmə və sair formalı dağıdıcı, öldürücü irqi ayrı seçkilik formasına çevrilə bilir.
Ərəb-Fars-İslam geriçi yumşaq gücünə təslim olmuşların yeganə çıxış yolu, yalnız bilim, mədəniyyət, üstün dünyəvi dəyərlərə sarılmaqla qurtulmaqdır. Yumşaq güc, düşmənçilik məqsədilə başqa ad altında saman altdan su yeritmək, dostluq məqsədiləsə özəlliyini qandırmaq, özünü qorumaq, özünə dönmək, yəni var olmaqdir.
Təyinatından qoruyucu, dağıdıcı, öldürücü xarakterli insan yaradıcılığı - qaba gücdür. Toplumun milli mənlik şüuruna, oluşmuş müsbət dəyərlərə qarşı olan hər cür düşüncə, ifadə, davranış - pozğunluq, yəni mənfi xarakterli, mənfi işarəli yumşaq gücdür. Oluşmuş müsbət dəyərləri yaşadan, zənginləşdirən və yenisini yaradan düşüncə, ifadə, davranış, mədəniyyət, müsbət xarakterli, müsbət işarəli yumşaq gücdür. Sonucda insanlığın inkişafına gətirən, yaşamı asanlaşdıran düşüncə, ifadə, davranış müsbət xarakterli, müsbət işarəli yumşaq gücdür.
***
Biz, ərəbə, farsa, rusa assmilyasiya olunduğumuz qədər də onların yumşaq gücünü içimizdə yaşadır və əslində tam öz həyatımızı yox, daha çox onların həyatını yaşayırıq, çünki onların milli özəlliklərini səhvən özümüzünkü sayırıq. Baxın, ərəbin "əcəm" adlandırdığı, ərəbdən başqa bütün müsəlmanlar öz əzəlki, islama qədərki adlarını, adətlərini, bəzən hətta dillərini yox, ərəb adlarını daşıyır, ərəb dilində danışır və əsasən ərəb adətlərini yaşadırlar. Bu yadlıq, yüz illərlə içimizdə zorla elə otrdulub ki, indi artıq bu yad qüvvələrin bizi öz özəlliklərinə özlərinin birbaşa zorlamağa ehtiyacları da yoxdur, çünki bu işi onların içimizdəki assmilyasiya olunmuşları, yəni materialı bizdən, düşüncəsi isə yad kimi formalaşmış 5-ci kolonları -ərəbbaşlar, farsbaşlar və rusbaşlar bu yadlığı özünkü bilib könüllü olaraq yerinə yetirirlər, bəd ayaqda, müharibə vaxtı isə, düşmənin xeyrinə milli qüvvələri arxadan vurur, hətta vətəndaş müharibəsi yaratmaqla ikinci cəbhə aça və daxildən sarsıdıcı zərbə vura bilirlər...
Tarixdə buna çoxlu misallar var, məsələn, 1804-cü ildə Rusların hücumu vaxtı içdəki ermənilərin ruslara bələdçilik və xəbərçilik etməklə Cavad xanı, gəncəliləri arxadan vurması, Birinci Dünya Müharibısində, Avropa dövlətlərinin və Rusiyanın təşkilatçılığı ilə ermənilərin silahlı quldur dəstələri yaradaraq Osmanlıları arxadan vurmaları, silahsız, dinc əhalini kütləvi qırmaları, yaxud 2017-ci ildə (2016-cı il Aprel döyüşlərinin ildönümündə bizdən qisas almaq məqsədilə), içimizdəki düşmənlərin Azərbaycan Ordusunda törətdikləri, ən ağır işgəncələrlə, kütləvi ölümlərlə müşayət olunan, hazırda istintaqı aparılan Tərtər işi... 3-cü Qarabağ müharibəsində hələ üstü açılmamış (qoşunlarımızın Ağdərə istiqamətində çox ləng irəliləməsi və obyektiv səbəb olmadan dayanması, əks-hücumun çox böyük itkilər hesabına başa gələ biləcəyi Ağdam istiqamətindən planlaşdırılması, Daşaltıdakı itkilərimizin çoxluğu və s.) xəyanətlər... Bütün bu dediklərim, yalnız KİV-dən eşitdiklərim əsasında formalaşan fikirlərimdir, əsl gerçəyi isə bu sorular əsasında aydınlaşdırılmalı olan, gələcəkdə aparılacaq düzgün, obyektiv istintaq müəyyən edə bilər. Düşünürəm ki, Tərtər işinin istintaqı uğurla başa çatdırıldıqdan, haqq yerini tapdıqdan sonra bu kimi anlaşılmazlıqlara da aydınlıq gətirilər. Çünki, hətta gerçək olmayan fikirlər, şayiələr belə vaxtında aydınlaşdırılmayanda, öz cavabını almayanda aramıza şübhə toxumu səpməklə milli birliyimizə ciddi zərbə vurur.
5-ci kolonların tərkibi də iki cürdür, birincisi birbaşa yad, xarici kəşfiyyat orqanlarının yedəyində olmaqla maliyyələşdirilən, müxtəlif vəzifələrdə işləyən, məşğul olan ştatlı əməkdaşları, ikincisi isə, birincilərin nüfuz dairəsində olan, onlara inanan, yeri gəldikcə onların dəstəyindən istifadə edən, əslində necə təhlükəli bir düşmənə xidmət və öz xalqına xəyanət etdiklərini anlamayan sadəlövh vətəndaşlarımızdır. Bu cür şəbəkələnmədə maddi maraq, dini cəhalət, dini inanc və dini tərəfdarlıq aparıcı rol oynayır. Bu dövlət təhlükəsizliyinə aid ciddi məsələ olduğundan, dövlətin ideoloji yönətimə cavabdeh olanları, mətbuat və xüsusi xidmət orqanları bunu daim diqqətdə saxlamalıdırlar.
Gündəliyə bir neçə söz...
Mən dilimizin yad sözlərdən arınmasının gərəkliyini uzun-uzadı əsaslandırmağa çalışmayacağam, çünki bu hamıya aydın bir aksiomdur. Adətən, bizi öz içində əritmək, assimilə etmək istəyənlərdən çox şikayətlənirik, onlar da bizi zəif görüb haqlarımızı, istəklərumuzi veclərunə almadan pisliklərini edirlər, bu birbaşa bizdən asılı olmayan amildir... Axı, hər şey düşmən əlində deyil, bizim öz əlimizdə və bizdən asılı olan da var ki, bu da bizim milli mənlik şüuruna dayalı düşüncəmiz, danışıq dilimiz və gündəlik əməllərimizdir. Bunları ki, hələlik əlimizdən ala bilmirlər.
Bəs elə isə, biz niyə bizdən asılı olanı, yəni mümkün olanı edib öz dilimizdə təmiz danışmırıq və ya buna çalışmırıq, güneydə ərəb, fars, quzeydə isə, həmdə rus, Avropa xalqlarının sözlərini yersiz olaraq işlədirik? Bu ki, bizdən asılı olan məsələdir, niyə özümüzə qarşı tələbkar olmaq əvəzinə məsuliyyətsizlik edirik? Birbaşa mətləbə keçib, bir neçə örnək gətirir və çoxlu sayda səhvlərimizdən bircə misal çəkirəm, qalanını özünüz öz səhvlərinnizə baxıb düşünərsiz... Türkcə, həftə günlərinin adları belədir: Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün, altıncı gün, bazar və ya süt günü... Nə qədər sadə və mənalı, ardıcıl, məntiqli, axıcı bir sıra sayı, deyilmi?
Bunun əvəzində isə, bəzilərimiz türkcə danışığımızda həftə günlərini farsca (qabaqlar, Sovet vaxtı Quzeydə həm də rusca - ponidelnik, vtornik, sreda, çetverq, pyatnitsa, subbota, vıxadnoy - deyirdilər) deyir, məsələn: Şənbə, yekşənbə, doşənbə, seşənbə, çərşənbə (çhaharşənbə), perşənbə (pencşənbə), cümə... Məntiqlə, farsca da həftənin sıralanması birinci gündən başlamalı olduğu halda, nədənsə altıncı gündən başlanılır... Yəni, farsca mənada belə alınır: Şənbə (altıncı gün), şənbədən, yəni altıncı gündən sonrakı birinci gün, şənbədən, yəni altıncı gündən sonrakı ikinci gün, şənbədən, yəni altıncı gündən sonrakı üçüncü gün, şənbədən, yəni altıncı gündən sonrakı dördüncü gün, şənbədən, yəni altıncı gündən sonrakı beşinci gün...
Bu adların həm farsca, həm türkcə mənasına, ardıcıllığına, məntiqinə (farscanın məntiqsizliyinə), sıralanmasına (farscanın tərs, məntiqsiz, kəlləmayallaq düzlüşünə), daha doğrusu əslində necə sıralanmalı olmasına baxanda adamı elə türkcə gülmək tutur... Bir düşünən və deyən yoxdur ki, a balam həftənin ədədi sıralanması hər dəfə niyə və hansı məntiqlə altıncı gündən sonra deyilməlidir, axı sıra sayı belə deyil, sıra sayı birdən başlayır? Bunu farslar tərs deyirlərsə özləri bilərlər, öz işləridir, bəs bizə
nə gəlib ay beyni yuyulmuşlar, bizim ki, öz dilimiz, məntiqli, birdən başlayan sıra sayımız var, axı biz danışığımızı bilməliyik, nəyi, necə və harada danışdığımızı bilməsək ayıbdır...
Məsələ burasındadır ki, içərikcə (mahiyyətcə) özlərinin səhv olduqlarını bilsələr də farslar öz qaydalarını düzə doğru dəyişmirlər, çünki bu artıq onların düşüncələrdə oturuşmuş yumşaq gücləridir..., yəni nədirsə budur, əgər onu dəyişsələr yumşaq güc sistemləri zədələnər.
Özlüyündə hər bir danışıq dili, dilin təmiz danışılması və zənginliyi mədəniyyətin ayrıca bir qoludur, gözəldir, onu zibilləmək yox, təmizləmək, cilalamaq, inkişaf etdirmək, düzə doğru aparmaq gərəkdir.
(Davamı var)